Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 07:25

Makedoniyanın keçmiş baş naziri Macarıstandan ‘siyasi sığınacaq’ istəyib


Nikola Gruevski
Nikola Gruevski

Makedoniyanın keçmiş baş naziri Nikola Gruevski-nin Facebook səhifəsindəki postda deyilir ki, o hazırda Macarıstandadır və bu ölkədən siyasi sığınacaq istəyir.

"Son bir neçə gündə həyatıma saysız-hesabsız hədələr almışam. İndi Budapeştdəyəm və Macarıstanın hakimiyyət orqanlarından siyasi sığınacaq istəmişəm”.

Reuters Makedoniya polisinə istinadən bildirib ki, Gruevski ölkədən rəsmi sərhəd keçidi ilə çıxmayıb və Makedoniya hakimiyyət orqanları onun harada olmasını bilmir.

Macarıstan hökumətinin sözçüsü Gruevski-nin verdiyi məlumatı nə təkzib, nə də təsdiq edib:

"Biz hazırda davam edən sığınacaq verilməsi prosesi başa çatmadan bu barədə heç bir şərh verə bilmərik”.

Makedoniyanın keçmiş baş nazirinin həbsinə order verilib

Bundan əvvəl verilən xəbərlərdə deyilirdi ki, Makedoniya polisi ölkənin keçmiş baş naziri Nikola Gruevski-nin həbsi üçün order verib. O korrupsiya ilə bağlı ittihamlarla iki il müddətinə azadlıqdan məhrum olunub.

Daxili İşlər Nazirliyinin sözçüsü Toni Angelovski deyib ki, Gruevski-nin həbsi üçün order noyabrın 12-də məhkəmə qərarı ilə verilib.

Hakimlər noyabrın 9-da Gruevski-nin apellyasiya müraciətini rədd ediblər.

Mühafizəkar ana müxalifət partiyası VMRO-DPMNE-nin keçmiş lideri olan Gruevski nazirliyin rəsmilərinə 674 min dollarlıq lüks avtomobilin alınmasında təsir göstərdiyinə görə ötən may ayında iki il iş alıb.

Məhkəmnə icraçıları hələki Gruevski-nin yerini bilmirlər.

48 yaşlı Gruevski 2006-2016-cı illərdə baş nazir olub. O mühafizəkar müxalifət partiyası VMRO-DPMNE-nin keçmiş sədridir. O bildirir ki, siyasi motivlərlə təqib olunur.

Keçmiş baş nazir daha üç ayrı korrupsiya mühakiməsi ilə üzləşə bilər.Müxbirlər yazırlar bu ittihamlar üzrə məhkəmələr onun cəza müddətini xeyli artıracaq.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG