Keçid linkləri

Təcili xəbərlər
2018, 16 Dekabr, bazar, Bakı vaxtı 09:19

Kilsədə Quran oxunmasına etiraz edən rahib vəzifəsindən çıxıb


Möhtərəm Gavin Ashenden deyir ki, Qlazqonun Müqəddəs Məryəm Kafedral Kilsəsində Quran oxunması "ciddi pozuntudur".

Kraliçanın kapellanlarından (dini rütbə) biri mərasimlərdən birində Quran oxunmasına icazə verən Qlazqo kilsəsini tənqid etdikdən sonra vəzifəsindən istefa verib.

DİALOQUN İNKİŞAFI

Möhtərəm Gavin Ashenden deyib ki, "dini müdafiə etməyə" daha çox azadlığı olsun deyə vəzifəsindən uzaqlaşıb.

Buna da bax:​ Müqəddəs Serafimin nəşinin kosmosa aparılması istehza yarışına çevrilib

Rahib bazar günü dərc etdiyi bloq postunda belə yazıb: “Bukingem Sarayının rəsmiləri ilə söhbətdən sonra qərara gəldim ki, ata biləcəyim ən şərəfli addım istefa verməkdir".

Cənab Ashenden bu ayın əvvəlində Qlazqodakı Müqəddəs Məryəm kilsəsində Zühur günü mərasimində Quran oxunmasını tənqid edib. Mərasim zamanı Quran oxunması dinlərarası dialoqun inkişafından ötrü irəli sürülmüş təşəbbüs idi.

Bir tələbə Qurandan ərəbcə Həzrət İsanın doğulması haqda qissəni oxuyub. İslama görə İsa Məsih peyğəmbərdir. Ancaq islam onu Allahın oğlu hesab etmir.

Buna da bax:​ Yazıçının portreti kilsədə müqəddəslərlə birgə

Doqquz il ərzində kraliçanın 34 kapellanından biri olmuş cənab Ashenden deyib ki, bu addım "ciddi pozuntuya" yol açır.

“PİS VƏ SƏHV ADDIM”

Müqəddəs Məryəm Kafedral Kilsəsinin rəhbəri Kelvin Holdsworth söyləyib ki, buna bənzər dinlərarası kitab qiraəti "bundan öncə də bu və başqa kilsələrdə dəfələrlə baş tutub". Onun sözlərinə görə, bu təşəbbüs "yerli səviyyədə dostluğun dərinləşməsinə yol açıb, icmalar arasında ümumi cəhətlər barədə məlumatlılığı artırıb, fərqliliklərə dair müzakirələrə imkan yaradıb".

Buna da bax:​ 'Müsəlmanlara da “Milad Bayramınız mübarək” deyin'

Cənab Ashenden BBC-nin Radio 4 kanalına belə deyib: “Qlazqoda baş verənlərlə bağlı problem ondan ibarətdir ki, bu, körpülər yaratmağın və insanları maarifləndirməyin üsulu kimi təqdim edilsə də, pis və səhv addımdı, yanlış yerdə və yanlış kontekstdə gerçəkləşdirilmişdi".

Onun sözlərinə görə, icmanın "Məsihə sitayiş etməyə gəlmiş" bir çox üzvləri bununla bağlı məyusluqlarını bildirən açıq məktublar yazıblar.

Buna da bax:​ Müsəlman rəssamın üsyanı

“Düşünürəm ki, din adından danışaraq onu müdafiə etmək bu məqamda buna imkan verməyən ictimai vəzifəni saxlamaqdan daha yüksək və daha hörmətəlayiq addımdır. Vəzifəmdən istefa verirəm", – deyə rahib öz bloq postunda yazıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG