Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:23

Müqəddəs Serafimin nəşinin kosmosa aparılması istehza yarışına çevrilib


Müqəddəs Serafim
Müqəddəs Serafim

Patriarx Kirill-in xeyir-duası ilə Müqəddəs Serafimin nəşinin bir hissəsi kosmonavtların hazırlıq mərkəzinə təhvil verilib. Yaxın zamanlarda Beynəlxalq Kosmik Stansiyaya (BKS) yola düşəcək "Soyuz MS-02" kosmik gəmisinin ekipajı onu özü ilə kosmosa aparacaq.

Patriarx Kirill-in xeyir-duası ilə Müqəddəs Serafimin nəşinin bir hissəsi kosmonavtların hazırlıq mərkəzinə təhvil verilib.

Rusiyada dini ayinlər çoxdan həyatın bütün sahələrinə nüfuz edib. Kosmodromlarda da artıq illərdir ki, dualar oxunur. Ölkə əhalisinin artıq buna öyrəşdiyini düşünmək olardı, amma... Əslində, belə deyilmiş.

Buna da bax:​ Beynəlxalq Kosmik Stansiyada olan astronavtlar Milad hədiyyələrini alıb

Sosial şəbəkə istifadəçiləri Müqəddəs Serafimin nəşinin kosmosa aparılmasını istehza yarışına çeviriblər. Kimi "ölülər və onların nəşi üçün turlar" şüarını təklif edir, kimi də uçuş heyətinə bir rahib (raket rahibi) əlavə etmək fikrini irəli sürür.

Filoloq-alim Həsən Hüseynov açıqlayır ki...

Yaxın zamanlarda yola düşəcək "Soyuz MS-02" kosmik gəmisinin ekipajı Müqəddəs Serafimin nəşini özü ilə kosmosa aparacaq.

Moskva Ali İqtisad Məktəbi humanitar elmlər fakültəsinin professoru, filoloq Həsən Hüseynov insanların bu reaksiyasını açıqlamağa çalışır:

"Biz qeyri-adi zamanda yaşayırıq... Bir tərəfdən, sovetlər dönəmində uzun müddət tam elm, inkişaf və rasionallıq kultu içərisində yaşamışıq. [indi isə] təkcə pravoslavlıq yox, bütün dinlər... birdən-birə həyatın real amilinə çevrilib. Cürbəcür məbədlər tikməyə, ayinlər icra etməyə, kimlərinsə nəşini gətirməyə başlayıblar. Bu kütləvi hərəkat eyni dərəcədə kütləvi sovet mövhumatı ilə birləşib. Məişət mövhumatı ictimai həyata absurdcasına nüfuz edən dindarlıqla birləşib".

Buna da bax:​ Rusiya qatarlarında dini mahnılar səslənəcək

“Bütün bunlar şəxsi səviyyədə qalsa, heç nə olmazdı...”

"Dövlət başçısı əlində şam tutub kilsədə dayananda, bu, şəxsi həyat olmur!.."

“...Ancaq ictimai və siyasi həyata daxil oldu. Dövlət başçısı əlində şam tutub kilsədə dayananda, bu, şəxsi həyat olmur! Bu, cəmiyyətə müəyyən dini ideologiyanın sırınmasına çevrilir. Özü də sırınan Allaha inam deyil - axı inam hər kəsin şəxsi işidir. İstəyirsən inan, istəyirsən inanma...

Məncə, bu hadisə - belə bir obyektin müqəddəs həmayil kimi tam bilinməz məqsədlə kosmosa göndərilməsi müəyyən mənada hörmətsizlik və dindar hisləriylə məzələnməkdir. Axı müqəddəsin nəşinin orbitə göndərilməsinin nəyə lazım olduğu bilinmir. Az qala, isterik gülüş doğuran da budur.

Fikrimcə, bütün bunların ictimai və az qala, siyasi hərəkata çevrilməsi tam yolverilməzdir".

“Belə davam etsə...”

"Belə davam etsə, günün birində kosmonavtın hansısa dini ayini yerinə yetirib-yetirmədiyini soruşmaq lazım gələcək. Soruşulacaq ki, rahib ona uçmağa icazə verir, yoxsa başqa bir adamın uçmasını məsləhət bilir..."

H. Hüseynov daha sonra dinlə elmin eyniləşdirilməsinin fəsadlarına diqqət çəkir: “Bu halda pravoslavlıq (başqa bir təriqət də ola bilərdi) elmlə, texniki hesablama ilə, orbitin hesablanması və s. kimi şeylərlə bərabər tutulan qüvvə rolunda çıxış edir. Bax bu, tam yolverilməzdir! Axı belə davam etsə, günün birində kosmonavtın hansısa dini ayini yerinə yetirib-yetirmədiyini soruşmaq lazım gələcək. Soruşulacaq ki, rahib ona uçmağa icazə verir, yoxsa başqa bir adamın uçmasını məsləhət bilir...

Konstitusiyaya görə biz dünyəvi dövlətdə yaşayırıq. Burada hər hansı dövlət ideologiyası yasaqlanıb. Din vətəndaşların şəxsi işi elan edilib. O, şəxsi həyata, dövlətin, dövlət orqanlarının həyatına, siyasətə qarışmamalıdır. Odur ki, burada birdən-birə bir neçə qanun pozulur...”.

Buna da bax:​ Yazıçının portreti kilsədə müqəddəslərlə birgə

Mələklər üzrə patriarx komissiyasının qərarı?

Filoloq alim H. Hüseynov ardından daha önəmli saydığı bir məqama diqqət çəkərək, əksər insanların sözügedən olayda heç bir problem görməməsini daha pis əlamət sayır:

Sosial şəbəkə istifadəçiləri Müqəddəs Serafimin nəşinin kosmosa aparılmasını istehza yarışına çeviriblər.

"Düzdür, bizə deyə bilərlər ki, kosmonavtika tarixinin özü Siolkovski və Fyodorovun adları ilə bağlıdır. Onların ideyasına görə, raketlər ölənlərin ruhlarını kosmosa çatdırmaq üçün düzəldilməli idi. Bu baxımdan hansısa müqəddəsin nəşinin kosmosa uçurulması bəlkə də Siolkovskinin ilkin ideyasının reallaşdırılması olardı... Bu üzdən, vəziyyət nə qədər absurd olsa da, baş verənləri müşahidə etmək maraqlıdır. Cəmiyyət buna necə reaksiya verəcək? Bir, iki, beş ildən sonra nə deyəcək? Bunun hansı nəticələri olacaq? Demək çətindir". H. Hüseynov sözügedən olaya tənqidi münasibətini bu sözlərlə tamamlayır: "Bir zamanlar kosmosa uçuş qərarlarını Sov.İKP MK verirdi (Sovet İttifaqı Kommunist partiyasının Mərkəzi Komitəsi – red.). İndi də qərarları hansısa kosmosda və ya yaxınlıqda uçan mələklər üzrə patriarx komissiyasının iştirakı ilə qəbul edərlər.... Bu instansiya vasitəsilə maddi vəsait də buraxmaq olar. Mən burada başqa bir vəzifə görmürəm".

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG