Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 14:14

Yazıçının portreti kilsədə müqəddəslərlə birgə


Ilia Chavchavadze portreti Gürcüstanda kilsədə

Ilia Chavchavadze portreti Gürcüstanda kilsədə

-

Görkəmli gürcü klassiki, yazıçı Ilia Chavchavadze'nin (1837-1907) portreti Gürcüstan Ortodoks Kilsəsində din müqəddəslərilə bir divarda, hətta onlardan yuxarıda asılıb.

Knyaz nəslindən olan yazıçı Ilia Chavchavadze Gürcüstanın dövlət və kilsə müstəqilliyi uğrunda ömür boyu mübarizə aparıb. 1907-ci ildə o zamankı Sosial demokrat partiyasından olan terrorçular onu arvadıyla birgə yaşadığı evindən çıxarkən güllələyiblər.

Qafqaz Hərbi tribunalı Ilia Chachavadze'nin qatillərinə edam cəzası verib. Yazıçının arvadı Olga Guramishvili general qubernatora müraciət edərək ərinin qatillərinin əfv edilməsini xahiş edib, çünki "əri sağ olsaydı, o da belə edərdi".

Gürcü xalqı öz yazıçısına böyük dəyər verib. Onun haqqında dəfələrlə filmlər çəkilib.

1987-ci ildə Gürcü Pravoslav Kilsəsinin Müqəddəslər sinodu Ilia Chavchavadze'ni müqəddəslər sırasına daxil edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG