Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 06:55

'Müsəlmanlara da “Milad Bayramınız mübarək” deyin'


 İllusturasiya
İllusturasiya

“Milyardlarla xristian bu həftə sonu Milad bayramını keçirir. Dünyada ikinci ən böyük dini icma olan müsəlmanlar isə eyni həyəcanı bölüşmür”, – istanbullu yazar Mustafa Akyol “Nyu-York Times” də yazır.

“Niyə müsəlmanlara ‘Milad Bayramın mübarək’ demək yanlış deyil” adlı məqaləsində müəllif qeyd edir ki, Səudiyyə Ərəbistanı, Brunei və Somali ölkələri kimi, əhalisi, əsasən, müsəlman olan ölkələrdə Milad bayramını qeyd etmək qadağandır: “Mənim ölkəmdə, Türkiyədə bu, qeyri-qanuni deyil, amma bəzi islami qruplar hələ də şam ağaclarının bəzədilməsinə, Santa Claus geyimlərinə qarşı hər il etiraz aksiyaları keçirirlər, bunu Qərbin təsiri sayırlar.

Eyni zamanda, dünyanın bir çox yerində müsəlmanlar xristian qonşularına sayqıyla yanaşırlar, hətta onların bayramlarını bölüşürlər. Londonda türk restoranı sahibləri evsizlərə və qocalara Milad yeməkləri verməyi qərara alıb, Bağdadda müsəlman biznesmenlər xristianlarla həmrəylik göstərməkdən ötrü şam ağacı bəzəyirlər”.

Pakistan, Ramazan ayı, Quran oxunur 13 iyun 2016
Pakistan, Ramazan ayı, Quran oxunur 13 iyun 2016

İsanın doğuşu Quranda təsvir olunub

Mustafa Akyol yazır ki, Milada dostyana münasibət müsəlmanların haqqıdır, ancaq sadəcə, ona görə yox ki, başqa dinlərə hörmət göstərmək ləyaqətdir:

“Buna onların həm də ona görə haqqı çatır ki, İsanın doğulması mövzusu təkcə Əhdi-Cədidin yox, həm də Quranın parlaq mövzusu olub.

Müsəlmanların müqəddəs kitabının iki fəslində İsanın doğulmasından bəhs edən detallar Lukanın İncilindəki tarixçəyə bənzəyir. Fəsillərin hər ikisində – biri Maryam, ya da Mary adlanır, – Allahın “digər qadınlardan üstün bilib seçdiyi” gözəl xüsusiyyətlərə sahib yəhudi qadından söz edilir”.

Məqalədə vurğulanır ki, Quranda bir gün mələyin Mary-yə (Məryəmə) yaxınlaşıb Allahın ona “saf bir oğlan uşağı” vermək istədiyini dilə gətirməsi göstərilir:

“Mary etiraz edir: Əgər mənə kişi toxunmayıbsa, necə hamilə qalacam?” Mələk cavab verir: “Allah arzu etdiyi hər şeyi yaradır”.O zaman Allah “Mary-yə bizim ruhumuzu nəfəsi ilə verdi və o, İsaya hamilə qaldı”.

Müəllif qeyd edir ki, İsayla bağlı müsəlmanların versiyası xristanlarınkından fərqlənir. O yazır ki, Yeni Əhdi-Cədiddə İsanın Vifleymdə (Bəni-Ləhm) ya axurda, ya da karvansarada doğulduğu, əri Joseph-in onun yanında olduğu göstərilir: “Quranda isə Mary-nin uzaq yerdə, yalnız və xurma ağacının altında doğduğu yazılıb. Qeyd etmək yerinə düşər ki, İncilin müasir tədqiqatçılarının tapıntıları Quranın versiyasına uyğun gəlir”.

İsa peyğəmbər, mozaika
İsa peyğəmbər, mozaika

“Qurana görə də İsa Məsihdir”

Məqalədə deyilir ki, Quran İsanın ilahiləşdirilməsi məsələsinə Bibliyadan fərqli baxır, hesab olunur ki, İsa insandır və peyğəmbərdir. Müsəlmanların müqəddəs kitabında İsa “Məsih” kimi xatırlanır, ancaq görünür, onun Məsihliyi iudaizmdəki tək təsvir olunur: “O, Allahın müstəsna xidmətçisidir, Allahı özündə təcəssüm etdirən ilahi varlıq deyil”, – müəllif yazır.

Məqalədə göstərilir ki, İsanın bakirə qadından doğulmasına inananlar da elə müsəlmanlardır. Əsrlər boyu müsəlmanlar bunu hərfi həqiqət kimi qəbul ediblər. Müsəlman alimləri hesab ediblər ki, Məryəm Allahın nəfəsindən hamilə qalıb: “2002-ci ildə xristianlığı qəbul edərək baptist olmuş İslam tənqidçiləri Emir F. Caner və Ergun M. Caner öz kitablarında yazıblar ki, müsəlmanlar “bakirədən doğulma” məsələsində xristianlardan daha artıq xristiandırlar.

“Allahın Sözü”

İsanın fövqəl təbiətinə əlavələr edərkən Quran hətta onu “Allahın sözü” adlandırır. Müsəlman alimləri bu termindən çaşbaş qalıblar, çünki Quranda başqa kimin üçünsə belə müraciətdən istifadə edilməyib. Xristian teoloqları da qabağa gedərək yazıblar ki, John-un İncilində İsa Allahın Sözü kimi göstərilir”.

Iran, Milad yolkası bəzədilir, 22 dekabr 2015
Iran, Milad yolkası bəzədilir, 22 dekabr 2015

Müəllif yazır ki, Quran və erkən xristian mənbələrindəki paralellər qismən bir etiqaddan qaynaqlanır.

“Xristianlar hesab edə bilərlər ki, İslam onların dinindən borc alıb. Digər tərəfdən, müsəlmanlar da düşünə bilərlər ki, xristianlıqda İslam haqqında öncədən xəbər vermə var”, – məqalədə deyilir.

İstanbullu yazar göstərir ki, iki böyük İbrahimi dinlər (xristianlıq, müsəlmançılıq) arasında ümumi bağlılıqlara baxmayaraq, onların arasında acı münaqişələr yaşanır:

“Səudiyyə Ərəbistanında, Bruneydə Milad Bayramının yasaqlanması tamamilə yanlış ideyadır. Hətta əgər bu, müsəlmanların bayramı olmasa belə, biz Milada etiraz etməməliyik. İsanın möcüzəli doğuluşu – peyğəmbər, Məsih və Allahın “Sözü” – müsəlmanları təhqir etməməlidir. Dekabrın 25-də müsəlmanlar xristian qonşularına tərəddüd etmədən ‘Milad bayramınız mübarək’ deyə bilərlər”.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG