Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 12:02

Çeçenistanda növbəti qadağa


Çeçenstanda "Putin prospekti"nin açılışı zamanı
Çeçenstanda "Putin prospekti"nin açılışı zamanı

Çeçenistanın Şali rayonun prokurorluğu fransız satirik qəzeti "Charlie Hebdo"nun rəsm və karikaturalarına çıxışı bloklamağı tələb edib. Prokurorluq bunu qəzetin dindarların hisslərini təhqir etməsiylə əsaslandırıb.

"İnternet şəbəkəsinin monitorinqi gedişində rayon prokurorluğu məqsədi dindarların hisslərini təhqir etmək olan Fransanın "Charlie Hebdo" satirik qəzetinə dəstək olaraq, rəsm və karikaturaların yerləşdirilməsi faktlarını aşkarlayıb", – deyə prokurorluğun saytında qeyd edilir. Prokurorluq məhkəməyə müraciətində bu resurslara çıxışın bloklanmasını tələb edib. Bildirib ki, bu şəkil və karikaturaların yayılması "milli, irqi, yaxud da dini nifrət və düşmənçiliyin qızışdırılmasına xidmət edə bilər".

Buna da bax:​ Kadyrov: "Merkellə Makron Çeçenistana gəlib geylərin vəziyyətilə tanış ola bilərlər"

KADYROV-UN KARİKATURASI YAYILANDAN SONRA...

Bəyanatda prokurorluğun bloklanmasını tələb etdiyi materialların adları göstərilmir.

Ramzan Kadyrov. 30 mart, 2017
Ramzan Kadyrov. 30 mart, 2017

Qeyd edək ki, "Charlie Hebdo" bu yaxınlarda Çeçenistan rəhbəri Ramzan Kadyrovu əks etdirən karikatura yayıb. "Dojd" telekanalı da həmin şəklin retuş edilmiş (görüntüsü bir qədər dəyişdirilmiş) versiyasını öz səhifəsində yerləşdirib.

Buna da bax:​ Ramzan Kadyrovun ərəb gözəlləri

"Charlie Hebdo"nun Çeçenistanda geylərin təqibinə həsr edilmiş buraxılışı aprelin 19-da işıq üzü görüb. Ancaq nədənsə, rusiyalı sosial şəbəkə istifadəçiləri Kadyrov-un karikaturalarına yalnız mayın 12-də diqqət yetirməyə başlayıblar.

Aprelin əvvəllərində "Novaya qazeta" "Namus qətli" adlı araşdırma dərc etmişdi. Məqalə Çeçenistan Respublikasında homoseksual kişilərin təqib olunaraq qətlə yetirilməsindən söz açırdı. Respublika DİN və FSB idarələrindən, Çeçenistan prokurorluğu və administrasiyasından adlarının çəkilməsini istəməyən mənbələr qəzetə 100-dən çox kişinin homoseksual münasibətlərə və ya bununla bağlı şübhələrə görə saxlanıldığını bildirmişdilər. Qəzet həmçinin, ən azı, üç kişinin öldürüldüyünü yazırdı.

Buna da bax:​ Geylər Çeçenistandan qaçırlar

MƏSCİDLƏR VƏ MÜFTİNİN ÇAĞIRIŞI

Bundan sonra Qroznı məscidləri "Novaya qazeta"nın jurnalistlərini cəzalandırmağa çağırmış, Çeçenistan müftisi isə "Allahın onları cəzalandıracağına" söz vermişdi.

"Charlie Hebdo"nun ziddiyyətli karikaturalarını dəfələrlə Rusiya siyasətçiləri və ictimai xadimləri tənqid edib.

Hələ 2015-ci ilin noyabrında Qroznı şəhərinin Lenin rayon məhkəməsi "Charlie Hebdo" həftəlik satirik jurnalının Twitter-dəki mikrobloqunun Rusiya ərazisində bloklanması haqda qərar çıxarıb. Buna həftəlik jurnalın 2015-ci il oktyabrın 31-də Rusiyanın A321 sərnişin təyyarəsinin Misirdə qəzaya uğraması ilə bağlı karikaturalar yayması səbəb olmuşdu. Xatırladaq ki, "İslam Dövləti" terror qruplaşması həmin qəzayla bağlı məsuliyyəti öz üzərinə götürmüşdü.

Buna da bax: 'Ayatollah Putin' və Çeçenistan müftisinə brilyant hədiyyə

O zaman Çeçenistan rəhbəri Ramzan Kadyrov "Charlie Hebdo"nun əməkdaşlarını «iyrənc və cinsiyyəti olmayan məxluqlar» adlandırmış, onları həlak olanların "əzizləri və yaxınlarının ağrısını ələ salmaqda" ittiham etmişdi.

“BACARSAQ, MƏHKƏMƏYƏ VERƏCƏYİK”

Qəzet 2016-cı ilin dekabrında Rusiya müdafiə nazirliyinin Tu-154 təyyarəsinin Soçi yaxınlığında qəzaya uğramasından sonra da bu hadisəyə həsr olunmuş karikaturalar dərc etmişdi. Ramzan Kadyrov həmin karikaturalara da münasibət bildirmişdi. "Jurnalın redaksiya siyasəti mənəviyyatdan və insanlıqdan uzaqdır. Onun mətbuat azadlığı ilə heç bir birbaşa və ya dolayı əlaqəsi yoxdur", – deyə Kadyrov öz "Instagram" səhifəsində yazmışdı.

O zaman Rusiya müdafiə nazirliyinin rəsmi nümayəndəsi də jurnalı tənqid etmişdi.

Buna da bax:​ Çeçenistanda namus qətlləri baş qaldıra bilər

Çeçenistan prezidentinin ətrafına aid olduğunu iddia edən bir şəxs Rusiyanın "Pravda" qəzetinə bildirib ki, gözləntilərə rəğmən onlar heç bir hədə və ya qanunsuz hərəkət tətbiq etməyəcəklər. "Bacarsaq, məhkəməyə verib iqtisadi cəhətdən müflis edəcəyik. Ümid edirəm, uzun ömürdən sonra onları Allah cəzalandıracaq və cəzası ağır olacaq. Çeçen xalqını və Ramzan Akhmatoviçi təhqir etdiklərinə görə yox, bilərəkdən etdikləri alçaqlığa görə", – deyə həmin şəxs vurğulayıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG