Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Fevral, Bazar ertəsi, Bakı vaxtı 06:32

Kadyrov: " Merkellə Makron Çeçenistana gəlib geylərin vəziyyətilə tanış ola bilərlər"


Ramzan Kadyrov

Çeçenistan lideri Ramzan Kadyrov bildirib ki, Fransa prezidenti Emmanuel Makronla Almaniya kansleri Angela Merkel respublikada cinsi azlıqların vəziyyəti ilə şəxsən tanış olmaq üçün Çeçenistana gələ bilərlər.

Bu barədə mayın 30-da RİA Novosti məlumat yayıb.

Kadyrov Çeçenistanda “gey”lərin hüquqları və şəraitinin yoxlanmasına yardım vəd edib.

Fransa prezidenti Makron bundan əvvəl, Rusiya prezidenti Putinin Fransaya səfəri zamanı onunla Rusiyada cinsi azlıqların vəziyyətini müzakirə edib və bu sahədə vəziyyətə birgə nəzarət etmək razılığına gəliblər.

“Novoy qazete” aprelin əvvəllərində Çeçenistanda cinsi azlıqların kütləvi saxlanması və onlara işgəncələr verilməsi barədə məlumat yaymışdı.

Şeşenistan liderinin mətbuat xidməti isə bu məlumatı təkzib eləmişdi.

Almaniya kansleri Angela Merkel də mayın 2-də Vladimir Putinlə görüşdə bu barədə məsələ qaldırmışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG