Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 12:47

Gənclər hansı ixtisasa ehtiyac olduğunu necə bilsin? [video]


Bakı ilə Moskva arasında nə baş verir?
Gözlə

No media source currently available

0:00 0:15:00 0:00

Gənclərə ixtisas seçimində necə yardım etmək olar? Bakı ilə Moskva arasında nə baş verir? və başqa xəbərlərlə bugünkü A-Live-da tanış ola bilərsiniz.

Gənclərə ixtisas seçimində necə yardım etmək olar? Onlar necə öyrənə bilərlər ki, hansı ixtisasa getsələr, iş tapmaq şansları daha çoxdur?

Bu gündən başlayaraq qarşıdakı bir həftədə ixtisas seçəcəklər.

Sosial və İqtisadi Araşdırmalar Mərkəzinin əməkdaşı, iqtisadçı Rəşad Həsənov deyir ki, Qərb ölkələrində bu barədə dövlətin, özəl qurumların araşdırmaları olur, valideynlər, abituriyentlər bu sənədlər əsasında qərar verə bilirlər. Onun sözlərinə görə, hazırda dövlət öz resursları hesabına bu işi görə bilər:

Buna da bax:​ Müəllimlərin işə qəbulu başlayır

İqtisadçı Rəşad Həsənov
İqtisadçı Rəşad Həsənov

Qəbula müraciət edən gənclərin ya yetəri qədər informasiyası olmur, ya da valideynin tələbi ilə ixtisas seçir, nəticədə işsizlik artma ehtimalı yaranır.

Çexiyada qəbuldan əvvəl hər il keçirilən “Gaudeaumus” adlanan təhsil sərgisində universitetlərlə tələbələrin görüşmək imkanları olur, gənclər öz gözləntilərini, universitetlər isə xidmətlərinin mahiyyətini onlara daha aydın çatdıra bilirlər.

Buna da bax: Qəbulda azalmanın səbəbləri...

Biz Bakı sakinlərini də müzakirəyə dəvət etmişik, soruşmuşuq ki, hansı ixtisaslara ehtiyac var?

Sizcə, hansı ixtisaslara daha çox ehtiyac var? [video-sorğu]
Gözlə

No media source currently available

0:00 0:01:18 0:00

Sərhədlər açılıb, Azərbaycan müstəqillik qazanandan sonra ölkədə ən nüfuzlu ixtisaslar Qərb dilləri, xüsusilə də ingilis dili ixtisası sayılırdı. Neft gəlirlərinin getdikdə azaldığı dövrdə hansı ixtisasın gələcəyi var? Gənclərə hansı məsləhəti vermək olar?

Rəşad Həsənov deyir ki, bunlar daha çox turizm, informasiya texnologiyaları ixtisası sayıla bilər.

“Turizm yeni çiçəklənir, kadrlara ehtiyac var. İnformasiya texnologiyaları üzrə ixtisaslara ehtiyac var, amma aktivlik kifayət qədər deyil”.

Buna da bax:​ 'Azərbaycandan tibb işçiləri gedir'

Rəşad Həsənov yada salır ki, hökumət əmək bazarının tələbatını nəzərə alaraq, bəzi tədbirlər görür, məsələn, 2014-cü ildə yeni Turizm və Menecment İnstitutu yaradılıb.

Tələbə Qəbulu üzrə Dövlət Komitəsinin keçmiş sədri Vurğun Əyyub isə hesab edir ki, ümumiyyətlə, dövlətin tələbə qəbuluna qarışması Sovet hökumətindən qalma təcrübədir. Onun sözlərinə görə, hazırda özəl universitetlərin belə hansı sayda hansı mütəxəssis yetişdirməsini dövlət müəyyənləşdirir, bu isə doğru deyil:

Vurğun Əyyub
Vurğun Əyyub

"Bu praktikadan əl çəkmək lazımdır. Universitetlərə qərar verməyə imkan vermək lazımdır. Nazirlər Kabineti müəyyənləşdirir ki, sən hansı ixtisasdan nə qədər hazırlamalısan".

Buna da bax:​ Səlim Müslümov: 'İş üçün müraciətlər azalıb'

Bəs hansı mütəxəssislərə Azərbaycanda ehtiyac var və ümumiyyətlə hazırlanmır?

İctimai Təşəbbüslər Mərkəzinin sədri Qubad İbadoğlu deyir ki, bunu müəyyənləşdirmək çətindir, buna görə ayrıca araşdırma aparılmalıdır.

Gün ərzində Təhsil nazirliyi ilə danışmaq cəhdimiz alınmadı, zənglərimizə cavab verən olmadı.

Bəs necə olur ki, Azərbaycandakı xarici şirkətlərində işləmək üçün xaricdən mütəxəssis gətirilir?

Bakıda neft şirkətlərinin birində çalışmış mütəxəssislərdən biri adının çəkilməməsi şərtilə deyir ki, şirkətlər ölkəyə gələndə Azərbaycanda bu sahə üzrə oxumuş mütəxəssislərin təcrübəsi az idi. Yəni, universitet təhsili təcrübi biliklər vermədiyindən diplom onlara işin öhdəsindən gəlməyə imkan vermirdi. Xarici mütəxəssislərin maaşı daha yüksək olduğundan son illər neft şirkətlər yerli mütəxəssisləri bilik və bacarıqlarını təlimlər vasitəsilə artırdılar və indi yerlilər də neft sahəsində elə səviyyədədirlər ki, şirkətlərin başqa ölkələrindəki ofislərində də işləməyə dəvət olunurlar.

Buna da bax:​ 'Gənclərin çoxu hökumətin iş verəcəyinə inanmır'

Biz Dövlət Məşğulluq Xidmətinə sorğu göndərib soruşduq ki, Azərbaycanda hansı mütəxəssisə daha çox ehtiyac var, amma gün ərzində sorğumuza cavab ala bilmədik.

Dövlət İmtahan Mərkəzindən “AzərTAC”a verilən məlumata görə, 2017/2018-ci tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinə və Milli Elmlər Akademiyasının magistraturalarına qəbul 70 proqram üzrə aparılıb, plan yerləri 81 faiz dolub. Bəzi ixtisaslar, məsələn, proseslərin avtomatlaşdırılması, geodeziya və xəritəçilik, kimya, fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyinə, xüsusi təyinatlı hərbi ixtisaslara plan yerləri 100 faiz dolub.

Amma dağ-mədən mühəndisliyi, filologiya və tərcümə, dinşünaslıq, balıqçılıq sahələrinə aid plan yerlərinin 50 faizindən çoxu boş qalıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG