Keçid linkləri

2024, 16 May, Cümə axşamı, Bakı vaxtı 17:46

Qəbulda azalmanın səbəbləri...


İmtahan.
İmtahan.

Ali və orta ixtisas təhsil müəssisələrinə sənəd qəbulu prosesi başa çatıb.

Dövlət İmtahan Mərkəzinin (DİM) məlumatına görə, bu il ali məktəblərə bütün qruplar üzrə ixtisaslara və orta ixtisas təhsil müəssisələrinə qəbul olunmaq istəyən 85 min 497 abituriyent sənəd verib.

Məzunlar aprelin 30-da və mayın 7-də qəbul imtahanı verəcəklər.

Hazırda builki qəbul kampaniyasının necə olacağını proqnozlaşdırmaq çətindir. Çünki hökumət ölkənin ali məktəblərində ayrılan planlı yerlərin sayını təsdiqləməyib. Ancaq universitetlərdə və kolleclərdə planlı yerlərin sayının artırılması ilə bağlı son illərin tendensiyasını nəzərə alan ekspertlərin fikrincə, onların sayı 40 mindən az olmayacaq.

Bu səbəbdən ekspertlər hesab edir ki, ötən il qəbulda baş verən vəziyyət təkrarlana bilər. Ötən il təxminən 83 min iddiaçıdan cəmi 38 min nəfər ixtisas seçimi üzrə müsabiqə mərhələsinə çıxa bilmişdi. Ali məktəblərə qəbul planı 83 faiz yerinə yetirilmiş, 7 minə yaxın tələbə yeri boş qalmışdı. Bunun nəticəsində özəl universitetlərdə birinci kursların tərkibi yarıyadək azaldı. Onlar öz fəaliyyətini dayandırmalı oldu.

Etibar Əliyev
Etibar Əliyev

MAGİSTRATURA - ÖTƏN İL 24, BU İL 13 MİN İDDİAÇI VAR

2017-18-ci tədris ilində ali məktəblərin və Milli Elmlər Akademiyasının magistraturasına qəbul zamanı çətin durumun yaranacağı bildirilir. Magistraturaya ərizə vermiş bakalavrların sayı 13 mindən bir qədər artıqdır. Halbuki, ötən il bu rəqəm 24 min 110 olub.

Bu vəziyyəti şərh edən təhsil üzrə ekspert Etibar Əliyevin fikrincə, özəl universitetlərə tələbə qəbulunun azalmasının səbəbləri bəllidir.

TƏHSİL HAQQININ ARTMASI

«Birincisi, ildən ilə bu ali məktəblər təhsil haqqını artırır. Bu da iqtisadi böhran şəraitində özünü doğrultmur. Ailələrin hamısı bu xərcləri ödəmək gücündə deyil», - deyən ekspert kadr hazırlığında da problemlərin olduğunu ifadə edib: «2-3 ali məktəb istisna olmaqla, kadrların hazırlanması çox da yaxşı deyil. Bu amil də təhsil müəssisəsinin imicinə təsir göstərir».

E.Əliyev üçüncü amil kimi də qeyd edib ki, işə götürənlər xarici ali məktəblərin məzunlarına üstünlük verirlər.

Azər Mehdiyev
Azər Mehdiyev

ALİ MƏKTƏBLƏRİN STRUKTURUNA DÜZƏLİŞ EDİLMƏLİDİR

Digər ekspert, iqtisadçı Azər Mehdiyev isə tələbə qəbulu ilə bağlı problemlərdən danışarkən diqqəti ali məktəblərin strukturuna yönəltməyi vacib sayır.

«Ali məktəblərin strukturuna, həmçinin ixtisaslara düzəliş etmək lazımdır. Texniki peşə təhsilinin inkişafına, fəhlə peşələrinin nüfuzunun artırılmasına diqqət yetirilməlidir. Hazırda alitəhsillilərdən ibarət böyük işsizlər ordusu var. Bu amil daha kəskin sosial-iqtisadi xarakterli problemlərə gətirib çıxara bilər. Ali məktəblərdə kadr hazırlığı səviyyəsinin aşağı olması bir çox gənc mütəxəssislərə tələbatı azaldır. Eyni zamanda, əmək bazarında orta ixtisaslı mütəxəssis qıtlığı müşahidə edilir», - o, qeyd edib.

Bəzi ekspertlər isə magistraturaya müraciət edənlərin azalmasını imtahanların pullu olmasında görür.

Bu ildən Azərbaycanda bir sıra qəbul imtahanları pulludur.

Ancaq ali təhsilin bakalavriat (tibb təhsili üzrə əsas təhsil) səviyyəsinə ilk dəfə qəbul olmaq istəyənlər pul ödəmirlər. İmtahanların qiyməti 10 manatdan 100 manat arasında dəyişir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG