Keçid linkləri

2017, 19 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:19

'Gənclərin çoxu hökumətin iş verəcəyinə inanmır'


Bakıda əmək yarmarkası

Azərbaycanda iş axtaran gənclərin yalnız 17,3 faizi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) məşğulluq mərkəzlərinə müraciət edir.

Transparency Azerbaijan” təşkilatının apardığı sosioloji sorğulara görə, respondentlərin 52 faizi əmək yarmarkaları barədə ümumiyyətlə məlumatlandırılmayıb, 35 faizi isə bu haqda saytdakı xəbəri oxuduqdan sonra öyrənib. Yalnız kiçik bir hissə həmin informasiyanı öz təşəbbüsü ilə əldə edib.

Buna da bax:​ 3 ayda işləyənlərin sayı 4 minə qədər azalıb

Bu məlumatlar ölkədə əhalinin məşğulluğunun artırılması mövzusuna həsr olunmuş "dəyirmi masada" şərh olunub.

Tədbiri “Transparency Azerbaijan” dövlət qurumları ilə birgə təşkil edib.

Müstəqil hüquqşünas Aytən Əlizamanlının sözlərinə görə, rəyi soruşulanların çoxu məşğulluq mərkəzlərinin fəaliyyətindən xəbərdar olsa da, onlar kömək almaqdan ötrü bu xidmətə müraciət etmirlər.

“İş yerləri haqqında işsizlər üçün əlçatan elektron məlumatlar bazasının yaradılması prosesini sürətləndirmək lazımdır", - deyə Əlizamanlı qeyd edib.

Buna da bax:​ Bakıda işsizlik artıb

Tədbirdə bildirilib ki, hazırda əmək bazarında kifayət qədər mürəkkəb vəziyyət yaranıb. İqtisadi böhran və investisiya proqramlarının ixtisar edilməsi fonunda müəssisə və şirkətlər istehsalın həcmini azaldıblar. Tədbirdə həmçinin vurğulanıb ki, yeni iş yerlərinin açılması prosesi yavaşıyıb.

Formal əmək yarmarkaları

Azər Mehtiyev
Azər Mehtiyev

İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin eksperti Azər Mehtiyev də deyib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkil etdiyi əmək yarmarkalarının səmərəliliyi çox aşağıdır.

Ekspertin fikrincə, belə yarmarkalar formal, "quş qoymaq" məqsədi ilə keçirilir.

Buna da bax:​ Təşkilatçı: Camaat elə bilirdi ki, yarmarkada sosial yardım verilir

"Biznesin inkişafına mane olan amillər bunlardır: kənd sakinləri üçün kreditlərin əlçatmazlığı, sahibkarlıq haqqında məlumatın, həmçinin biznesin əsasları üzrə uzunmüddətli tədris proqramlarının olmaması, bürokratiya və inzibati maneələr", - deyə ekspert vurğulayıb.

Mehtiyev hesab edir ki, hökumət insanların məşğulluğunu təmin etmək taktikasını dəyişməli, işsiz adamdan sahibkar və vergiödəyicisi yetişdirməyə çalışmalıdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG