Keçid linkləri

2017, 22 Oktyabr, bazar, Bakı vaxtı 12:31

3 ayda işləyənlərin sayı 4 minə qədər azalıb


Arxiv fotosu.

Azərbaycanda muzdla çalışan işçilərin sayı 1 milyon 510 min nəfərdir. Onlardan 883 min nəfəri dövlət sektorunda, 627,4 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərir.

Dövlət Statistika Komitəsinin (DSK) məlumatında belə deyilir.

Bu göstərici fevralın 1-nə olan dövrü əhatə edir.

Rəsmi bilgilərə görə, muzdla işləyənlərin 22,2 faizi təhsil, 19,4 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 12,9 faizi isə sənaye sahəsində çalışır.

Buna da bax:​ Səlim Müslümov iş yerləri və yoxsulluq haqda son rəqəmləri açıqladı

Səhiyyə, sosial xidmətlərin göstərilməsində 8,7, dövlət idarəetməsi, müdafiə, sosial təminat sahəsində 7,1, tikintidə isə 6 faiz çalışır.

Muzdla çalışanların sayı ilə bağlı 3 ay əvvəlin rəsmi bilgiləri ilə müqayisədə iş yerlərinin 4 minə qədər azaldığı bəlli olur.

DSK-nın 2016-cı il noyabrın 1-nə olan bilgilərinə görə, ölkədə muzdla çalışanların sayı 1 milyon 513,7 min nəfər idi.

Onlardan 888,4 mininin dövlət, 625,3 min nəfərinin isə qeyri-dövlət sektorunda fəaliyyət göstərdiyi bildirilirdi.

Buna da bax: 900 iş yeri bağlanıb

Rəsmi statistikadan belə anlaşılır ki, dövlətdə çalışanlar azalıb, özəl sektorda çalışanların sayı isə əksinə, artıb.

Əmək haqqı...

Ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 504,8 manat olub.

Komitə əvvəlki ilin müvafiq dövrünə nisbətən artımın 5,1 faiz təşkil etdiyini bildirir.

Buna da bax:​ Maaş cədvəlinə qol çəkənlərin sayı artıb - Rəsmi

Müstəqil ekspertlər rəsmi rəqəmlərə bir qədər şübhə ilə yanaşırlar. Onların fikrincə işini itirənlər daha çoxdur. Üstəlik, onlar qeyd edirlər ki, ötən ilin fevralı ilə müqayisədə manat dollara nisbətən dəyər itirib. Mal və məhsulların qiymətində hətta rəsmi rəqəmlərə görə, 15 faizə qədər bahalanma var. Bu isə reallığa qazancın azalması deməkdir.

Buna da bax:

Günün bütün mövzuları

XS
SM
MD
LG