Sabah, iyulun 1-dən ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə elektron ərizələrin qeydiyyatına başlanılacaq.
Bu haqda Təhsil nazirliyi xəbər verir.
Qeydiyyatın iyulun 14-ə kimi davam edəcəyi bildirilir. Üstəlik, əvvəlki illərdən fərqli olaraq ötən il keçid balını toplamış namizədlərin yenidən qeydiyyatdan keçərək, topladıqları bala uyğun vakansiya seçimi mərhələsində iştirakına imkan veriləcəyi açıqlanıb.
Buna da bax: Pedaqoq: 'Dərslər formal keçilir, uşaqlar oxumur...'
Müəllim olmaq istəyənlər Təhsil Nazirliyinin uyğun internet resursunda qeydiyyatdan keçməlidirlər. Müsabiqədə ali və orta ixtisas təhsili müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirən, diplom almış şəxslər iştirak edə biləcəklər.
Müddətsiz əmək müqaviləsi ilə işləyən müəllimlər də hazırkı iş yerindən çıxmadan işə qəbul prosesinə qatıla bilərlər.
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin 4 mərhələni əhatə edəcəyi bildirilir.
Buna da bax: Masallıda müəllimlər kütləvi işdən çıxarıla bilər
Əvvəlcə onların elektron ərizələrindəki göstəriciləri qiymətləndiriləcək. Daha sonra test imtahanı verəcəklər.
Vakant yerlərin seçilməsinin ardınca isə müəllim olmaq istəyənlər müsahibə verməli olacaqlar.