Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 14:39

Türkmən lideri: 'Kürdlər özlərinə aid olmayan torpaqlarda müstəqillik istəyir' [video]


Kərkükdən İlham Əliyevə xahiş - Kürd referendumunu tanımayın
Gözlə

No media source currently available

0:00 0:15:01 0:00

Kərkükdən İlham Əliyevə xahiş - Kürd referendumunu tanımayın [A-Live]

İraqın şimalında yüksək muxtariyyət statusuna malik olan Kürdüstan regionu sentyabrın 25-də müstəqillik referendumu keçirir. Hələlik bu referendumun nəticəsi xəritədə yeni tam hüquqlu dövlətin meydana gəlməsi demək deyil. Amma regionun rəhbəri Məsud Barzani bildirib ki, bu səsvermə regionun müstəqilliyinin razılaşdırılmasını hədəfləyən uzun prosesdə ilk addımdır.

İraqdan başqa qonşu İran və Türkiyə rəsmiləri bu referendumun əleyhinədirlər, ABŞ və BMT də kürdləri referendumu təxirə salmağa çağırıb.

Referendumun əleyhinə olanlardan biri də bu regionda yaşayan türkmənlərdir. İraq Türkmən cəbhəsinin lideri Erşat Salihi deyir ki, kürdlər özlərinə aid olmayan torpaqlarda müstəqillik istəyirlər:

Buna da bax:​ Türkmənistanda Döyüş Sənəti Oyunları şoxsaylı şikayətlərlə müşayət olunur

Erşat Salihi
Erşat Salihi

"Bu referendum kəsinliklə yasal deyil. İndi mən sizinlə Kərkükün mərkəzindən danışıram. Küçələr boşdur, heç bir türkmən səsverməyə getmir. Boykot ediblər seçkini. Heç kürdlərin özləri də getmir. Zatən seçkini keçirənlər də özləridir, bülletenləri doldurub, nəticəni elan edənlər də. Bu səsvermədən nə BMT-nin, nə siyasi partiyaların, nə də İraq hökumətinin bir gözləntisi var".

Erşat Salihi düşünür ki, bu ərazilər təkcə kürdlərin deyil, burada digər millətlər də yaşayır. Ona görə bu ərazilərdə kürdlərin müstəqillik istəməsi legitim deyil. O, deyir ki, lideri olduğu İraq türkmənləri Azərbaycan prezidenti İlham Əliyevdən bu məsələyə münasibət bildirməsini və ölkə parlamentində referenduma qarşı qərar qəbul olunmasını gözləyir.

Hələlik Azərbaycanın xarici işlər nazirliyi bu referendumla bağlı açıqlama verməyib.

Buna da bax: Türkmənlər referendumdan narahatdır

APA-nın xəbərinə görə, Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə deyib ki, Azərbaycan İraqın şimalında keçirilən referenduma qətiyyətlə qarşıdır.

YAP-ın İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, millət vəkili Aydın Mirzəzadə isə yerli saytlara bildirib ki, İraq Kürdüstanı bu addımı ilə özünə böyük problem yaradacaq.

O, əlavə edib ki, İraq Kürdüstanı xaricdən dəstək almasaydı, referendum keçirə bilməzdi.

Prezident İlham Əliyev 2017-ci ilin yanvarında Davosda İraq Kürdüstan Regional hökumətinin başçısı Məsud Bərzani ilə görüşüb. Görüşdə Azərbaycanla İraq Kürdüstan Regional Hökuməti arasında energetika, ticarət, idxal-ixrac və digər istiqamətlərdə əməkdaşlıq imkanlarının araşdırılmasının mümkünlüyü qeyd edilib.

Buna da bax:​ Serzh Sarkisian: 'Türkmənistan prezidenti… bizi həvəsləndirir'

Neftlə zəngin Kərkük vilayəti 2014-cü ildən kürd qüvvələrin nəzarəti altındadır. Elə bu referendumun əsas səbəblərindən biri kimi neft ehtiyatları göstərilir. Masud Barzani qeyd edib ki, bu referendum ona regionun neft ehtiyatlarının işlənməsi üçün qonşu ölkələrlə birbaşa danışıqlar aparmaq səlahiyyəti verəcək.

Kərkük ətrafındakı, İranın dəstəklədiyi şiə yaraqlıları da kürd qüvvələrinə qarşı hədələrini dilə gətiriblər. Barzani də Kərkükü müdafiə edəcəyinə söz verib.

Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu düşünür ki, bu proseslər Kürdüstan İraqdan ayrılıb, müstəqilliyini legitimləşdirməsi ilə nəticələnə bilər:

Buna da bax:​ İraq Kürdüstanı referenduma gedir

Elxan Şahinoğlu
Elxan Şahinoğlu

"1991-ci ildə ABŞ İraq təyyarələrini 36-cı paralellə qədər uçuşlar etməsini qadağan etmiş, əks halda bu təyyarələrə bombalayacağını bildirmişdi. Bundan da istifadə edən kürd liderləri elə həmin ərazidə öz muxtariyyətlərini qurdular. 2003-cü ildə Amerika İraqa müdaxilə etdikdən sonra bu muxtariyyətlər daha da gücləndi. İndi faktiki illərdir Bağdad Kürd regionun işlərinə qarışa bilmir. Onların özlərinin ordusu, parlamenti, faktiki bir dövlətdirlər. Sadəcə olaraq, indi bunu legitimləşdirmək istəyirlər və düşünürəm ki, istədikləri nəticəyə də varacaqlar".

Elxan Şahinoğlu əlavə edir ki, bu səsvermə Dağlıq Qarabağ münaqişəsinə heç bir təsiri olmayacaq.

Referendumun nəticələri yaxın vaxtlarda açıqlanacaq.

Kürdüstanda səsvermə başlayıb
Gözlə

No media source currently available

0:00 0:01:11 0:00

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG