Keçid linkləri

Təcili xəbərlər
2018, 18 Fevral, bazar, Bakı vaxtı 03:46

Müstəqillik referendumunda səsvermənin sonuna 1 saat qalmış səsverməyə gələnlər 76 faiz olub.

İraqda sentyabrın 25-də barmağında bənövşəyi mürəkkəb olmaq şərəf və borc məsələsidir.

Mürəkkəb varsa, deməli, səs vermisən, İraq Kürdüstanında müstəqillik referendumunda səs verməyi isə hər bir yerli kürd özünə borc bilir.

İraqın mərkəzi hakimiyyəti ilə İraq Kürdüstanı arasında mübahisəli ərazi olan Kərkükdə də səsvermə keçirilir.Halbuki Kərkük İraq Kürdüstanına aid deyil.

Referendumda səs vermiş Kərkük sakini İbtissam Mohammed deyir ki, “imkanım olsaydı, 20 dəfə öz müstəqil dövlətimə səs verərdim”.

Ancaq kürdlərin optimizmini yerli türkmənlər və ərəblər bölüşdürmür.

51 yaşlı etnik ərəb Khalaf Majel al-Obeidi deyir ki, Kərkükdə ərəblər əhalinin ən müdafiəsiz hissəsidir.

42 yaşlı türkmən müəllim Abdulla Aouji deyir: “mən hiss edirəm ki, bizim kimliyimiz, milliyətimiz, irsimiz, tariximiz itiriləcək”.

Sentybarın 25-də İraq Kürdüstanında müstəqilik refendumu keçirilir. Referendumun nəticəsinin qanuni qüvvəsi yoxdur.

Günün bütün mövzuları

XS
SM
MD
LG