Keçid linkləri

Təcili xəbərlər
2018, 23 May, çərşənbə, Bakı vaxtı 09:29

Türkmənistanda Döyüş Sənəti Oyunları şoxsaylı şikayətlərlə müşayət olunur


Oyunlarda Ciu Citsu döyüşçüsü

Türkmənistanda sentyabrın 17-də Beynəlxalq Zal və Döyüş Sənəti Oyunları və ya başqa adı ilə deyilsə, 5-ci Asiya Zal Oyunları başlanıb.

Açılışa Ermənistan, Qazaxıstan, Pakistan, Tacikistan, Özbəkistan, Əfqanıstan prezidentləri də gəlib.

Oyunlarda 62 ölkədən 5500 atlet iştirak edir. Onlar Asiya Olimpiya Komitəsinə üzv olan 45 ölkəni və Okeaniya regionunun 17 ölkəsini təmsil edirlər. Azərbaycan yarışlarda iştirak etmir.

Sentyabrın 27-nə kimi davam edəcək Oyunlarda idmançılar tennis, taekvondo, ciu-citsu , ağırlıqqaldırma da daxil 21 idman növündə yarışacaqlar.

Bu Oyunlar miqyasına görə, Asiyada ikinci ən böyük idman oyunlarıdır.

Oynlar üçün Türkmənistan 150 hektar ərazidə 45 min yerlik Olimpiya stadionu, 6 min yerlik velosipedvə su idman yarışları kompleksi, 2,5 milyrd dollarlıq hava limanı tikib.

Ancaq tikinti vətəndaşların yaşayış haqlarının pozulmasından çoxsaylı şikayətlərlə müşayət olunub.

Sentyabrın 4-də Vyanada qərarlaşan İnsan Haqları Uğrunda Türkmən Təşəbbüsü qrupu və Human rights Watch Təşkilatı bildirdilər ki, oyunlara hazırlıq vaxtı Türkmənistan hökuməti Aşqabaddaadamları zorla evindən çıxardıb,onların evini söküb, adekvat kompensasiya isə verilməyib. Adamlara məhkəmələrə müraciət eləməyəimkan da verilməyib.

İnsan haqları qruplarının bu hesabatlarına Türkmənistan hakimiyyəti hələ reaksiya verməyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG