Keçid linkləri

Təcili xəbərlər
2018, 17 İyul, çərşənbə axşamı, Bakı vaxtı 08:06

Serzh Sarkisian: 'Türkmənistan prezidenti… bizi həvəsləndirir'


Gurbanguly Berdymukhammedov və Serzh Sarkisian

Ermənistan prezidenti Serzh Sarkisian avqustun 25-də Türkmənistan prezidenti Gurbanguly Berdymukhammedov-la danışıqların yekunlarına dair mətbuat konfransı keçirib və Ermənistan tərəfinin Türkmənistan prezidentinin səfərindən razı qaldığını vurğulayıb.

«Səfər zamanı bir sıra istiqamətlərdə ikitərəfli əməkdaşlığı nizamlayan böyük sənədlər paketi imzalanıb, dövlət başçılarının birgə bəyanatı qəbul edilib. Cənab prezidentlə biz ticarət və iqtisadiyyat sahələrində əməkdaşlığın inkişaf istiqamətlərinə ayrıca diqqət yetirdik. Təəssüf ki, dünya bazarlarında əlverişsiz vəziyyət bizim ticarət dövriyyəmizə də təsir göstərib. Bu mənada biz ikitərəfli iqtisadi əməkdaşlığı stimullaşdırmaq, qarşılıqlı fəaliyyətin yeni üfüqlərinə çıxmaq üçün mümkün yolları və əlimizdə olan resursları müzakirə etdik. Ümid bəsləyirik ki, bugünkü razılaşmaların həyata keçirilməsi vəziyyəti düzəltməyə kömək edəcək», - Ermənistan prezidentinin mətbuat konfransında dilə gətirdiyi sözlərdir.

***Buna da bax-Ermənistanda kənd təsərrüfatında çalışanların sayı 100 min nəfər azalıb

AŞQABAD-YEREVAN REYSİ AÇILA BİLƏR?

Sarkisian-ın sözlərinə görə, hər iki tərəf özəlliklə innovasiya və yüksək texnologiyaları əhatə edən birgə layihələrin qarşılıqlı iqtisadi əməkdaşlıq üçün vacib olduğunu düşünür:

«Düşünürük ki, iqtisadi əməkdaşlığa dair fəaliyyətdə olan hökumətlərarası komissiya ikitərəfli ticarət əlaqələrinin tam kompleksini effektiv şəkildə irəli aparacaq, onların gələcək diversifikasiyasına və yeni maraqlı layihələrin işə salınmasına kömək edəcək. İqtisadiyyat, turizm və ölkələrimizin vətəndaşları arasında əlaqələrin genişləndirilməsi kontekstində həm də paytaxtlarımız arasında birbaşa hava reysinin açılması məsələsinə toxunuldu. Bu mənada biz türkmən dostlarımıza Ermənistanda tətbiq olunan «açıq səma» siyasətinin nəzərdə tutduğu üstünlükləri təqdim etməyə hazırıq».

Gurbanguly Berdymukhammedov və Serzh Sarkisian
Gurbanguly Berdymukhammedov və Serzh Sarkisian

«BU BİZİ İLHAMLANDIRIR»

Ermənistan prezidenti danışıqlar zamanı energetika sahəsinə də toxunulduğunu bildirib:

«Bu sahədə effektiv qarşılıqlı fəaliyyəti bundan sonra da inkişaf etdirmək haqda razılığa gəldik. Kənd təsərrüfatı sahəsində də müəyyən perspektivlər açılır. Türkmən həmkarlarımızın Ermənistanda yaradılan azad iqtisadi zonanın fəaliyyətində iştirakına ümid edirik. Əminəm ki, birgə səylərlə müasir istehsalat və yeni iş yerlərini, ümumilikdə milli iqtisadiyyatların inkişafını nəzərdə tutan irihəcmli layihələr həyata keçirə biləcəyik. Danışıqlarımız zamanı cənab prezident artıq milyonluq yox, milyardlıq layihələr haqda düşündüyünü dedi. Bu bizi ilhamlandırır və əlbəttə ki, bu istiqamətdə çalışacağıq».

***Buna da bax-Nalbandian: 'Həmsədrin bəyanatında təhlükəli heç nə yoxdur'

Ermənistan prezidenti bunu da deyib ki, iki ölkə əvvəlki kimi təhsil sahəsində qarşılıqlı fəaliyyəti davam etdirəcək, tələbə və müəllim mübadiləsi aparacaq. Danışıqlarda beynəlxalq münasibətlərə də yer verilib:

«SÜLH YOLUYLA HƏLLİNİ TƏSDİQLƏDİM»

«Əlbəttə, danışıqlar zamanı xarici siyasət mövzusuna da diqqət ayrılıb. Ermənistanla Türkmənistan beynəlxalq səhnədə uğurla əməkdaşlıq edir, ən mühüm beynəlxalq problemlərdə həqiqətən də yaxın və ya üst-üstə düşən mövqelər tuturlar. Bu mənada biz müxtəlif çoxtərəfli formatlarda əməkdaşlığı dərinləşdirmək barədə razılığa gəldik. Danışıqlar zamanı mən bir daha Ermənistanın mövqeyinin Dağlıq Qarabağ münaqişəsinin yalnız beynəlxalq hüquq, BMT Nizamnaməsinin norma və prinsipləri əsasında sülh yolu ilə həllini nəzərdə tutduğunu təsdiqlədim».

Prezident həmin beynəlxalq hüquq normalarının eyni dərəcədə güc tətbiq etməmə, dövlətlərin ərazi bütövlüyü, bərabərhüquqluluğu və xalqların öz müqəddəratını təyin etməsi prinsiplərini nəzərdə tutduğunu vurğulayıb:

«ATƏT-in Minsk qrupu həmsədrlərinin səyləri nəticəsində əldə edilmiş, münaqişə zonasında vəziyyətin eskalasiyasının yol verilməməsi, vəziyyətin sabitləşdirilməsi və sülh prosesinin inkişafı üçün şəraitin yaradılmasına dair müqavilələrin həyata keçirilməsinin əhəmiyyəti vurğulandı».

Günün bütün mövzuları

XS
SM
MD
LG