Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Fevral, şənbə, Bakı vaxtı 07:59

Ermənistanda kənd təsərrüfatında çalışanların sayı 100 min nəfər azalıb


Ermənistanda üzüm bağları

Ermənistanda uzun illərdir ki, rəsmi məlumatlarda kənd təsərrüfatı sahəsində artımın olduğu göstərilir. Ancaq eyni zamanda digər rəsmi məlumatlara görə, son dörd ildə kənd təsərrüfatı sahəsində çalışanların sayı gözəçarpan dərəcədə azalıb.

Ölkənin Milli Statistika Xidmətinin son günlərdə dərc etdiyi məlumata görə, 2012-2016-cı illərdə ölkədə kənd təsərrüfatı sahəsində çalışanların sayı 100 min nəfərədək azalıb. Faiz etibarilə bu, 22.7% azalma deməkdir.

KƏNDLİLƏR TƏK QALIBLAR?

Sözügedən rəqəmləri xüsusilə maraqlı edən onların eyni dövrdə kənd təsərrüfatı sahəsində artım fonunda göstərilməsidir. Milli Statistika Xidmətinin məlumatına görə, 2012-2016-cı illərdə ölkə iqtisadiyyatında orta illik artım 3.5%-dirsə, kənd təsərrüfatı sahəsində bu göstərici gözəçarpan dərəcədə yüksək – 6.3% olub.

***Buna da bax-Ermənistan Avropa Birliyi ilə tərəfdaşlıq sazişi imzalamağı planlayır

Başqa sözlə, hər il artımın müşahidə olunduğu sahə öz işçi qüvvəsinin az qala 1/4-ni itirib.

Ermənistan kənd təsərrüfatı naziri Ignati Arakelian bu günlərdə «Azatutyun TV»nin (AzadlıqRadiosu erməni xidmətinin onlayn televiziyası) Facebook-da keçirdiyi mətbuat konfransında belə deyib:

«Bu gün kənd sakinlərinin real durumu çox çətindir. Onlar tək qalıblar və nə əkəcəklərini, məhsulu hansı qiymətə, kimə satacaqlarını özləri həll edirlər. Sonra da gedib bu pulları müştərilərdən almalıdırlar».

Milli Statistika Xidmətinin məlumatına görə, 2012-2016-cı illərdə toplanan meyvə və giləmeyvənin həcmi 26.9% azalıb. Bu sahə Ermənistanın kənd təsərrüfatında mühüm yer tutur. Üzümlə bağlı məlumatsa ayrıca göstərilib. Bu sahədə azalma 26%-dir.

Kənd təsərrüfatı naziri Ignati Arakelian
Kənd təsərrüfatı naziri Ignati Arakelian

«ERMƏNİSTAN ŞƏHƏRLƏRİN YOX, KƏNDLƏRİN DAĞILMASI İLƏ DAĞILACAQ»

Ötən illərdə təkcə toplanan meyvə və giləmeyvənin həcmi yox, həm də bu sahədə məhsuldarlıq azalıb. Ümumi məhsuldarlığın 31.9%, üzümçülük sahəsinə məhsuldarlığınsa 27.3% azaldığı bildirilir.

Yuxarıda sözügedən «Facebook mətbuat konfransında» istifadəçi fermerlərdən biri nazirə belə bir sual verib:

«Kəndlər dağılır. Kənd təsərrüfat naziri kəndlərin dağılmaması, əksinə, qurulması üçün nə etmək fikrindədir? Kəndlərdə adam qalmayıb, hamı gedir, hamı dağılışıb. Hər şey bahadır: su, gübrə, yanacaq. Mən kənddə oğluma ev almışam, amma bu gün o evin qapısı bağlıdır, oğlum Rusiyaya gedib... Biz kəndləri qurmaq istəyirik, Ermənistanı qurmaq istəyirik, ancaq... yalnızca dağıdırıq. Ermənistan şəhərlərin yox, kəndlərin dağılması ilə dağılacaq».

***Buna da bax-Ermənistan bazar axtarır

Nazirin bu şərhə cavabı belə olub:

«Mən razıyam, şəhəri kənd saxlayır. Biz kənd təsərrüfatının, kəndin inkişafı, kəndlinin daha yaxşı yaşaması üçün hər şey edirik. Ancaq eyni zamanda kəndlinin dediklərini eşidəndə - «gübrələr, dizel yanacağı bahadır», «oğluna ev alıb, oğlu da köçür» - bunu eşidəndə düşünürsən ki, hər şey o qədər də pis deyil. Yəni, gübrə, dizel yanacağı, su bahadırsa, kəndli ev ala bilməz».

«HƏQIQƏTƏN, AZALMA VAR, AMMA...»

Ermənistan Aqrar Birliyinin sədri Hrach Berberian-ın sözlərinə görə, hökumət nümayəndələri vaxtaşırı kənd təsərrüfat sahəsinin inkişafı ilə bağlı bəyanatlar versələr də, sahə əvvəlki kimi acınacaqlı vəziyyətdədir. Bu sahədə çalışan adamların sayı isə, həqiqətən, azalıb:

«Kənd təsərrüfatı sahəsində çalışanların sayının 100 min nəfər azalmasına dair məlumat doğru deyil. Kimsə bu rəqəmləri özündən yazıb. Məhsula dair məlumatları uydurduqları kimi, bunu da uydururlar».

Berberian iddia edir ki, hazırda Ermənistanda kənd təsərrüfatında çalışanların sayı «ən yaxşı halda 150 min nəfərdir».

Günün bütün mövzuları

XS
SM
MD
LG