Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 12:06

İranlılar şah barədə indi nə düşünürlər?


Mohammad Reza Pahlavi - İranın sonuncu şahı
Mohammad Reza Pahlavi - İranın sonuncu şahı

İyulun 26-sı İranın sonuncu şahı Mohammad Reza Shah-ın ölümünün 37-ci ildönümü idi.

Bu münasibətlə ölkənin sonuncu kraliçası Farah Pahlavi (Fərəh Pəhləvi) bəyanat verərək, Shah-ın İranı sevdiyini, ölkəsinin xilasından başqa heç bir şey haqda düşünmədiyini bildirib.

Farah Dibanın müraciətində daha sonra deyilir: "Gələcək nəsillərə dayanıqlı iqtisadi əsaslara, humanist və demokratik ictimai sistemə, fərdi azadlıqlar, sosial ədalət və iqtisadi demokratiyaya malik qabaqcıl ölkə qurmaq onun arzusu idi".

Buna da bax:​ Eks-prezident Ahmadinejad milyardlarla pulu düzgün istifadə etməməkdə suçlanır

“MÜBARƏK ŞAH”

Şahı diktator və xəyanətkar kimi görən tənqidçilərin sayı hələ də az deyil. Ancaq bununla yanaşı, kraliçanın bəyanatı ilə razılaşan iranlıların sayı artmaqda davam edir.

Bu gün hələ də bir çox iranlı onu "mübarək" şah adlandırır və iqtisadiyyat və siyasətdən tutmuş mədəniyyət və cəmiyyətə qədər hər şeyin onun zamanında daha yaxşı olduğuna inanır. 1979-ci ildə Şah milyonlarla iranlının dəstəklədiyi Ayatollah Ruhollah Khomeini-nin başçılıq etdiyi inqilab nəticəsində hakimiyyətdən devrilib.

Shah Mohammed Reza Palhavi və həyat yoldaşı kraliça Farah Diba İran monarxiyasının 2500 illiyini qeyd etmək üçün Persepolisə gəlir. Oktyabr, 1971. / AFP PHOTO / STF
Shah Mohammed Reza Palhavi və həyat yoldaşı kraliça Farah Diba İran monarxiyasının 2500 illiyini qeyd etmək üçün Persepolisə gəlir. Oktyabr, 1971. / AFP PHOTO / STF

Khomeini şahı korrupsioner diktator və ABŞ və İsrailin marionetkası olmaqda ittiham edir və Qərb və Şərqdən asılı olmayan, çiçəklənən ölkə qurmağı vəd edir. Ancaq növbəti qırx il tamamilə fərqli görünür: siyasi və ictimai azadlıqların olmaması, hərbi və siyasi münaqişələr, beynəlxalq təcrid və sanksiyalar – bunların hamısı İranın yeni rejiminin siyasətinin nəticəsi idi. Bir çox iranlı bu səbəbdən inqilabın böyük bir səhv olduğunu düşünür.

Buna da bax: İran ABŞ-ın qoyduğu yeni sanksiyalar pislədi

Londonda yaşayan tarixçi Majid Tafreshi-nin sözlərinə görə, iranlılar artıq dünyanı qara və ağ rənglərdə görmür və şahı xəyanətkar hesab etmirlər.

“ONLAR ONA DƏYƏR VERİRLƏR”

Bir çox iranlının düşüncəsində baş vermiş bu dəyişikliyi ötən il ölkənin cənubunda İranın ilk hökmdarı, Əhəməni İmperiyasının banisi Böyük Kir (Sirus) günündə görmək olardı. Hökmdarın məqbərəsi ətrafında keçirilən mərasimdə çoxu şah dövrünü görməmiş gənclərdən ibarət olan onlarla iştirakçı Pahlavi sülaləsini alqışlayaraq monarxiyanı dəstəkləyən şüarlar səsləndirib.

2016-cı ildə Pasarqadda "Kir Günü"
2016-cı ildə Pasarqadda "Kir Günü"

2016-cı ildə Pasarqadda (II Kir dövründə Əhəməni dövlətinin paytaxtı olub) Kir Günündə keçirilən tədbir islam rejiminə qarşı səs-küylü etiraz aksiyasına çevrilmişdi. Aksiya zamanı monarxiyanı dəstəkləyən şüarlar səsləndirilmişdi.

Buna da bax:​ İran: Trump administrasiyası “atmosferi zəhərləyir”

“İnsanlar deyirlər Mohammad Reza Shah-ı Allah qorusun. Bu o deməkdir ki, onlar ona dəyər verirlər", – Farah Diba deyir.

Azadlıq Radiosunun İran xidmətinə (Radio Farda) müsahibə verən Farah Diba hətta bir dəfə təyyarədə İranın səfiri ilə tanış olduğunu, səfirin ona böyük ehtiram göstərdiyini deyir.

Şah zamanında elm naziri olmuş Houshang Nahavandi deyir ki, Mohammad Reza Shah özünün bu yeni populyarlığını bugünkü İranla keçmişdəki İran arasındakı müqayisəyə borcludur. Onun sözlərinə görə, Şah milyardlarla dollar xərcləsə belə, populyarlığın bu səviyyəsinə çata bilməzdi.

Ancaq bu yanaşma ilə heç də hamı razı deyil.

Buna da bax: İran liderləri də tanınmış riyaziyyatçının ölümünə kədərlənir

“HİSSLƏR YANLIŞ ANLAŞILMAMALIDIR”

“Şah hakimiyyətdə olduğu dövrün son 15 ilini öz xalqı ilə yanlış rəftar edib və açıq-aşkar səhvlər buraxıb", – 1979-cu ildən öncə İranda fəaliyyət göstərmiş Kommunist partiyasının (Xalq Fədailəri) keçmiş rəhbəri Farrokh Negahdar deyir.

Negahdarın keçmiş həmkarlarından biri Mehdi Fatapour hesab edir ki, şahın bütün nailiyyətlərinə rəğmən, ona qarşı inqilabın əsl səbəbləri vardı. O deyir ki, təzyiq, diktatura və hakim elita ilə İran cəmiyyəti arasındakı fərqlilik Mohammad Reza Shah-ın devrilməsinə yol açan real amillərdən idi.

Tafreshi deyir ki, iranlıların hissləri yanlış anlaşılmamalıdır.

"İnsanlar deyirlər ki, şah dövründə çörək, xarici valyuta və ərzaq daha ucuz idi. Ona görə "Şahı Allah qorusun" deyirlər. Bu, mövcud vəziyyətə etirazın bir növüdür. Bu, onların şah pərəstişkarı olması demək deyil", – o deyir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG