Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Aprel, Cümə, Bakı vaxtı 11:00

Eks-prezident Ahmadinejad milyardlarla pulu düzgün istifadə etməməkdə suçlanır


Mahmud Ahmadinejad

İranın keçmiş prezidenti Mahmud Ahmadinejad-a qarşı hökm çıxarıla bilər. O, hakimiyyətdə olduğu dövrdə büdcə fondlarından bir neçə milyard dolları düzgün istifadə etməməkdə suçlanır. Yeddi hal üzrə ittiham daha çox Ahmadinejad-ın ikinci dönəm hakimiyyətdə olduğu dövrə (2009-2013-cü illər) təsadüf edir. İttihamı irəli sürənsə İranın Ali Audit Məhkəməsidir.

İyulun 30-da yerli mediaya müsahibəsində Ali Audit Məhkəməsinin prokuroru Fayaz Shojaie deyib ki, eks-prezidentə qarşı qaldırılmış epizodlardan birində söhbət 2 milyard dollardan gedir.

Reuters agentliyi yazır ki, istintaqın nəticəsiartıq İran parlamentinə göndərilib. Sözügedən məhkəmə parlamentin müşahidəsi altında fəaliyyət göstərir.

Eks-prezidentin taleyinin məhkəmədə, yoxsa parlametdə həll olunacağı hələ ki bəlli deyil.

Günün bütün mövzuları

XS
SM
MD
LG