Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 15:09

İran: Trump administrasiyası “atmosferi zəhərləyir”


 Mohammad Javad Zarif 
Mohammad Javad Zarif 

İranın xarici işlər naziri Mohammad Javad Zarif ABŞ prezidenti Donald Trump administrasiyasını yeni sanksiyalar tətbiq etməklə “atmosferi zəhərləməyə” cəhddə günahlandırır. Baxmayaraq ki, Tehranın 2015-ci ildə imzalanmış nüvə sazişinin şərtlərinə əməl etdiyini Vaşinqton özü də vurğulayır.

Birləşmiş Ştatlar iyulun 18-dəİranın ballistik raket proqramı ilə bağlı, bu ölkənin 18 fərd və şirkəti üzərinə yeni sanksiyaların tətbiqi barədə qərar qəbul edib.

Yeni sanksiyaların elan edilməsi ilə eyni gündə isə Vaşinqton elan edib ki, Tehran nüvə sazişi iləbağlı razılaşmaya əməl edir.

«Təəssüf ki, hazırkı administrasiya üçün bu, (sanksiyaların tətbiqi – red.) pis vərdişəçevrilib» - Nyu Yorkda BMT-nin qərargahında jurnalistlərə açıqlamasında Mohammad Javad Zarif belə deyib, əlavə edib ki, “Beynəlxalq ictimaiyyət bu böyük teatra əhəmiyyət vermədən İranla əməkdaşlığı davam etdirir”.

Ağ Ev bildirir ki, İran razılaşmaya texniki olaraq əməl etsə də, müqavilənin “ruhuna” xələl gətirir, balistik raketləri sınaqdan keçirməkdə davam edir.

Mohammad Javad Zarif isə yeni sanksiyaları “qanunsuz” adlandırıb, Amerikanın CBS News telekanalına müsahibəsində deyib ki, bu sanksiyalar nüvərazılaşmasının “ruhuna” ziddir.

“Baxıb görəcəyik ki, bu müqavilənin əlifbasını pozurmu. Buna uyğun olaraq da qərar verəcəyik” – deyə nazir bildirib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG