Keçid linkləri

2017, 22 Sentyabr, Cümə, Bakı vaxtı 03:14

İran liderləri də tanınmış riyaziyyatçının ölümünə kədərlənir


Maryam Mirzakhani. İllüstrasiya

İran lideri tanınmış riyaziyyatçı Maryam Mirzakhani-nin yasını tutub. Stanford universitetinin professoru, riyaziyyat üzrə beynəlxalq mükafat almış Mirzakhani iyulun 15-də 40 yaşında xərçəngdən vəfat edib.

O, Birləşmiş Ştatlarda adı açıqlanmayan xəstəxanada dünyasını dəyişib.

Mirzakhani 2014-cü ildə Beynəlxalq Riyaziyyatçılar Konqresinin hər dörd ildən bir verdiyi, Nobel mükafatına bərabər “Fields Medal” mükafatını alıb.

Buna da bax:​ ABŞ İrandakı çevrilişlə bağlı sənədləri yayıb

İran prezidenti Hassan Rohani və xarici işlər naziri Mohammad Javad Zarif iyulun 15-də tanınmış riyaziyyatçının gördüyü işlərdən danışıb, onun vəfatından kədərləndiklərini bildiriblər.

Rohani yaydığı bəyanatda Mirzakhani-nin ölümünün “dərin kədər” doğurduğunu vurğulayıb. O, “bu yaradıcı alimin və təvazökar insanın İranın adını dünyanın elmi forumlarına çıxardığını” deyib.

Zarif isə Instagram-da yazıb ki, alimin ölümü bütün iranlıları kədərləndirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG