Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 02:00

ABŞ İrana bağlı silahlılara və Ermənistandakı şirkətə sanksiyalar elan edir


Birləşmiş Ştatlar Suriyada İran tərəfindən dəstəklənən iki hərbi birləşməyə, İranın hava daşımaları şirkətinə və Ermənistanda yerləşən satış agentliyinə sanksiyalar elan edib.

ABŞ Maliyyə Nazirliyinin yanvarın 24-də verdiyi bəyanatda deyilir ki, cəzalandırılan vahidlərin dördü də bundan əvvəl sanksiyalanmış İran İslam İnqilabı Keşikçiləri Korpusunun elit Qüds Qüvvələrinə və Mahan hava şirkətinə bağlı qurumlardır.

Bəyanatda deyilir ki, sanksiyalar “Fatemiyun diviziyasına” və “Zeynəbiyun briqadasına” tətbiq ediləcək. Bu hərbi birləşmələr üçün döyüşçülər İİKK tərəfindən əsasən əfqan və pakistanlı qaçqınlardan səfərbər edilir:

"Qəddar İran rejimi İrandakı qaçqın icmalarını istismar edir, onların təhsil kimi təməl xidmətlərə çıxışını bağlayır və onlardan Suriya münaqişəsində canlı sipər kimi istifadə edir”.

Maliyyə Nazirliyi əlavə edib ki, Mahan Air şirkəti tərəfindən idarə olunan və Qüds Qüvvələrinə maddi dəstək verən və İranda yerləşən Qeshm Fars Air hava şirkətinə qarşı da sanksiyalar hazırlayır.

Bu şirkət Dəməşqə müntəzəm uçuşlar edərək silahlar da daxil, müxtəlif yüklərin daşınmasını həyata keçirir.

Birləşmiş Ştatlar Mahan Air şirkətini İİKK-ə maliyyə və başqa dəstək verdiyinə görə 2011-ci ildə sanksiya siyahısına salmışdı.

ABŞ Maliyyə Nazirliyinin 24 yanvar tarixli bəyanatında bu da qeyd edilir ki, Yerevandakı Flight Travel LLC şirkətinə qarşı da sanksiyalar elan olunur. Bu şirkət Mahan Air firmasının Ermənistandakı nümayəndəliyi funksiyasını yerinə yetirir.

Nazirlik bildirir ki, Ermənistanda mənzillənmiş agentlikdə Mahan Air şirkətinin əməkdaşları çalışır və onlar həmin qurumdan texniki dəstək alırlar.

Maliyyə nazirinin terrorizm və maliyyə kəşfiyyatı üzrə müavini Sigal Mandelker deyib ki, ABŞ Mahan Air şirkətini dəstəkləyən vahidləri bundan sonra da hədəfləməkdə davam edəcək.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG