Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 17:44

İlqar Məmmədovla bağlı daha bir qətnamə


Həbsə aparan yol - İlqar Məmmədov
Gözlə

No media source currently available

0:00 0:06:53 0:00

Həbsə aparan yol - İlqar Məmmədov

Avropa Şurasının Nazirlər Komitəsi REAL Hərəkatının həbsdə olan rəhbəri İlqar Məmmədovla bağlı yeni qətnamə qəbul edib. Qurumun sentyabrın 20-si və 21-də keçirilən toplantısında qəbul edilən qətnamədə siyasətçinin azad olunması istənilir.

Qətnamə Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) İlqar Məmmədovla bağlı çıxardığı qərarın icrasının durumu ilə bağlıdır. Komitənin son toplantısında qəbul edilmiş sənəd Avropa Şurasının saytında yayımlanıb.

AZƏRBAYCAN HÖKUMƏTİ ÖHDƏLİKLƏRİNƏ ƏMƏL ETMİR

Qətnamədə qeyd edilir ki, Avropa Konvensiyanın 46-cı maddəsi Avropa Şurası Nazirlər Komitəsinə Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) qərarlarının icrasını izləməkdən ötrü müstəsna hüquq verir. Sənəddə İ.Məmmədovun, hələ də, həbsdə tutulması qınanır, Azərbaycan hökumətinin Avropa Konvensiyasının 46.1-ci maddəsi ilə üzərinə götürdüyü öhdəliklərə əməl etmədiyi vurğulanır.

Avropa Şurasının Nazirlər Komitəsi bir daha xatırladır ki, AİHM qərarlarının icrası hər bir üzv dövlətin öhdəliyidir.

Qətnamədə İ.Məmmədovun işi ilə bağlı AİHM-ın çıxardığı qərarın icrası ilə bağlı Azərbaycan hökumətinin səssiz qalmasından, komitəyə heç bir bilgi verməməsindən ciddi narahatlıq ifadə edilir.

SANKSİYALARA İŞARƏ

Sənəddə İ.Məmmədovun işi ilə bağlı Ali Məhkəmənin daha qısa müddətdə araşdırma aparıb, qərar verməsinin vacibliyi də ifadə olunub.

Qətnamədə Avropa Konvensiyasının həmçinin, 46.4-cü maddəsi və Avropa Şurasının 3-cü maddəsi yada salınıb. Həmin maddələr Avropa Şurasına üzv olan, məhkəmə qərarlarını icra etməyən ölkələrə qarşı qurumdaxili sanksiyaların tətbiqi prosedurunu nəzərdə tutur.

İlqar Məmmədov 2013-cü ilin yanvarında İsmayıllıda baş vermiş kütləvi iğtişaşların təşkilində ittiham olunaraq, 7 il azadlıqdan məhrum edilib.

2015-ci ilin əvvəlində Avropa İnsan Hüquqları Məhkəməsi İ.Məmmədovun azadlığa buraxılması barədə qərar çıxarıb. Avropa Şurasının Nazirlər Komitəsi dəfələrlə Azərbaycan hökumətini Strasburq məhkəməsinin qərarını yerinə yetirməyə çağırıb.

Avropa İnsan Hüquqları Məhkəməsinin qərarından sonra onun işinə Şəki Apellyasiya Məhkəməsində təkrar baxılıb. Məhkəmə bu il aprelin 29-da siyasətçi barəsində hökmü qüvvədə saxlayıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG