Keçid linkləri

Təcili xəbərlər
2021, 22 Yanvar, Cümə, Bakı vaxtı 13:45

lham Əliyev Amerika Yəhudi Komitəsinin nümayəndələri ilə görüşüb


İlham Əliyev, hökumətin iclasında, 10 yanvar 2017

Yanvarın 29-da prezident İlham Əliyev Amerika Yəhudi Komitəsinin icraçı direktoru Devid Harris və komitənin prezidenti Con Şapironun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Görüşdə Azərbaycanda iqtisadi və digər sahələrdə həyata keçirilən islahatlar ətrafında fikir mübadiləsi aparılıb, bu islahatların yaxından izlənildiyi qeyd olunub.

President.az saytının məlumatına görə, görüş zamanı Azərbaycanın Davosda səmərəli görüşlər keçirdiyi vurğulanıb, bu görüşlərin dünyada Azərbaycanla əməkdaşlığa olan marağın göstəricisi kimi dəyərləndirilib.

Söhbət zamanı Azərbaycanla ABŞ arasında ikitərəfli əlaqələrə toxunulub, bu əlaqələrin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə edilib, Azərbaycan-ABŞ əməkdaşlığının bundan sonra da davam etdirilcəyi əminliklə qeyd olunub.

Sonra Azərbaycan-İsrail əlaqələrindən danışılıb, bu əlaqələrin müxtəlif sahələrdə inkişafının razılıq doğurduğu bildirilib, bu baxımdan İsrailin baş naziri Benyamin Netanyahunun Azərbaycana səfərinin önəmi vurğulanıb.

Görüşdə Azərbaycanla Amerika Yəhudi Komitəsi arasında əməkdaşlığın bundan sonra da davam etdiriləcəyinə əminlik ifadə olunub.

Şərhlər (1)

Bu forum dayandırılıb
XS
SM
MD
LG