Keçid linkləri

2024, 15 May, çərşənbə, Bakı vaxtı 23:34

Aprel döyüşlərindən bir il sonra [video]


Aprel Döyüşləri nəyi dəyişdi?
Gözlə

No media source currently available

0:00 0:14:46 0:00

Aprel Döyüşləri nəyi dəyişdi? [A-Live]

Keçən ilin apreli Azərbaycan üçün həyəcanlı başlamışdı. Qarabağda qanlı döyüşlər gedirdi - yenə evlərə hərbçi tabutları gəlirdi, yenə ölkə boyu yas çadırları qurulurdu. Qarabağdan güllə səsləri kəsilmirdi.

Azərbaycanın rəsmi mənbələri bu döyüşlərdə 30-dan çox əsgərinin həlak olduğunu bildirsə də qeyri-rəsmi mənbələrdə itkilərin 100-ə yaxın olduğunu iddia edilirdi. Erməni tərəfi də qarşıdurmada onlarla hərbçisini itirmişdi.

Ötən ilin aprelin 2-dən 5-ə kimi davam edən döyüşlərdə kim uduzdu, kim uduzdu?

Buna da bax:​ 2 aprel döyüşləri: Qələbəmi, itirilmiş imkanlarmı?

Azərbaycan prezidenti İlham Əliyev deyir ki, aprel döyüşləri qələbə idi:

“Əməliyyat nəticəsində minlərlə hektar Azərbaycan torpağı işğalçılardan azad edilmişdir, 10 minlərlə torpaq sahəsinə biz indi nəzarət edirik. Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir, dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir”.

Buna da bax:

1998-1999-cu illərdə Azərbaycanın xarici işlər naziri olmuş Tofiq Zülfüqarlı deyir ki, aprel döyüşlərində Azərbaycan doğrudan da öz gücünü Ermənistana göstərdi, ümid var idi ki, həm Ermənistan, həm də həmsədrlər real danışıqlara daha meylli olacaqlar, amma bu baş vermədi. Əvəzində aprel döyüşlərində sonra baş verənlər gərginliyi elə artırıb ki, növbəti döyüşlərinin alovlanacağı istisna deyil:

“Əvvəllər biz deyirdik ki, konflikt zonası Dağlıq Qarabağ və işğal olunmuş rayonlarla məhdudlaşır. İndi isə həm Azərbaycanda silahlar var ki, Ermənistan ərazisində hədəflərə zərbə endirsin, həm də Ermənistanın. Bu baxımdan həmsədr ölkələr başa düşülməyən siyasət aparırlar, konfliktdə olan ölkələrə silahları veriblər. Konflikt qızışacaq və daha ciddi nəticələrə gətirib çıxaracaq”.

Buna da bax:​ 'Aprel döyüşlərindən sonra Bakının gözləntiləri özünü doğrultmadı'

Bakıda siyasi şərhçi Zərdüşt Əlizadə də deyir ki, aprel döyüşlərinin davamı olacaq. O hesab edir ki, döyüşlərin əsl təşəbbüskarı Rusiya idi və nəticədə bu ölkə məqsədinə doğru irəlilədi:

Zərdüşt Əlizadə
Zərdüşt Əlizadə

“Aprel döyüşlərinin bir məqsədi var idi- münaqişənin formatını saxlamaqla onun cövhərini dəyişmək- Qarabağa dırnaqarası rus sülhməramlılarını yerləşdirmək, Rusiyanın münaqişə üzərindəki nəzarətini sərtləşdirmək. Təsadüfi deyil ki, Rusiya sülhməramlılarının Qarabağa gəlməsini istəməyən Ermənistan prezidenti Serzh Sargsian dedi ki, biz özümüz dəvət etməsək də, onların gəlməsinə etiraz etmirik”.

Zərdüşt Əlizadə deyir ki, Rusiyanın bu istəyi hələ yerinə yetməyib, odur ki, yaxın günlərdə növbəti döyüşlərin baş verməsi mümkündür.

Buna da bax:​ Qarabağda döyüşlər qızışarsa...

Yerevanda siyasi təhlilçi, Qafqaz İnstitutunun direktor müavini Sergey Minasyan da deyir ki, aprel döyüşlərindən sonra Minsk prosesi çərçivəsində danışıqlar demək olar ki, dalana dirəndi, Rusiyanın mövqeyi güclənməyə başladı:

Sergey Minasyan
Sergey Minasyan

“İstənilən münaqişəni güclənməsi, Rusiyanın mövqeyini gücləndirir, aprel döyüşləri də göstərdi ki, 25 il əvvəl olduğu kimi barışıq Rusiyadan asılıdır. Bu da regionda Rusiyanın həm siyasi, həm hərbi siyasi, həm də diplomatik mövqeyini gücləndirir”.

Buna da bax: Ermənistan seçkiləri: Qarabağ aspekti

Beynəlxalq Böhran Qrupu da bildirir ki, Rusiyanın təşəbbüsü ələ almasına başqa həmsədrlər biganədirlər. Çünki ABŞ-ın yeni prezidentinin administrasiyası Qarabağ məsələsiylə, hələ ki, maraqlanmayıb, Fransanın başı prezident seçkilərinə qarışıb… Avropa Birliyinin təsiri isə güclü olsa da, məhduddur.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG