Keçid linkləri

Təcili xəbərlər
2020, 04 Dekabr, Cümə, Bakı vaxtı 07:15

Prezident Tərtərdən Agdama gedib


İlham Əliyev və xanımı Mehriban Əliyeva 20 mart 2012

Dekabrın 3-də cəbhə bölgəsinə səfər edən prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Tərtər rayonundan sonra Ağdama gediblər.

Bu haqda ölkə başçısının rəsmi saytı xəbər verir.

Xəbərə görə, İlham Əliyev bu ilin aprelində Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulması nəticəsində Ağdam rayonun ziyan dəymiş yaşayış məntəqələrində evlərin tikintisi, bərpası və təmiri işlərinin vəziyyəti ilə maraqlanıb.

Prezidentə məlumat verilib ki, hərbi əməliyyatların getdiyi dövrdə Ağdam rayonunda 50 ev müxtəlif dərəcədə dağıntılara və zədələnmələrə məruz qalıb. Ziyan görən evlərdən səkkizi son dövrdə həyata keçirilən tədbirlər nəticəsində yenidən tikilib, 15-i bərpa olunub, 27-si isə təmir edilib.

Xəbərdə deyilir ki, İlham Əliyev Ağdamın Mahrızlı kəndində Bakir Hüseynovun yeni tikilmiş evində yaradılan şəraitlə tanış olub.

Sonra dövlət başçısı və xanımı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdülər.

Prezident Ağdamda həmçinin Heydər Əliyev Mərkəzinin, Quzanlı qəsəbəsində yeni inşa edilmiş Bayraq Muzeyinin açılışına da qatılıb.

Multimedia

XS
SM
MD
LG