Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 17:14

İda qasırğası azı 41 nəfərin həyatına son qoyub


Nyu York
Nyu York

Nyu Orlean daxil olmaqla Luizianada bir milyonadək evdə hələ də işıq yoxdur

İda qasırğasının qalıqlarının səbəb olduğu qəfil daşqınlar Birləşmiş Ştatların şimal-şərqində azı 41 nəfərin həyatına son qoyub. Bir neçə gün öncə isə qasırğa Luizianada dağıntılar törətmişdi.

Sentyabrın 1-də axşam və sentyabrın 2-də səhər qasırğa Merilenddən Nyu Yorka qədər leysan yağışlara səbəb olub.

Ölənlərin çoxu ya selin apardığı maşınlarda qalıb, ya da mənzillərin zirzəmisində boğulub. Nyu Cersidə azı 23, Nyu York şəhərində isə 12 nəfərin öldüyü xəbər verilir.

Rekord yağış

Nyu Cersi və Nyu Yorkun qubernatorları ştatlarda fövqəladə vəziyyət elan edib, sakinləri evdən çıxmamağa çağırıblar. Bu arada küçələr təmizlənir, nəqliyyat xidmətləri bərpa olunur.

Bir neçə ştatda tufan ağacları aşırıb, yüzlərlə evə ziyan dəyib. Sentyabrın 2-də dörd şimal-şərq ştatında 170 minə yaxın elektrik abunəçisinin işıqsız qaldığı bildirilir.

Ölkənin şimal-şərq ərazisinə 48 saat ərzində 15-20 santimetr, bəzi yerlərə bir saatin içində 7-13 santimetr yağış yağdığı xəbər verilir. Nyu Yorkun Mərkəzi Parkında axşam bir saatın içində rekord 8 santimetrlik yağış yağıb. Məlumatı Milli Meteorologiya Xidməti yayıb.

Avqustun 29-da 4-cü kateqoriyaya aid qasırğa Luizianada daşqın və dağıntılar yaradıb. Luiziana, Missisipi və Alabamada azı 10 nəfərin öldüyü xəbər verilir.

Nyu Orlean daxil olmaqla Luizianada bir milyonadək evdə hələ də elektrik yoxdur.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG