Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 02:05

Luizianada bir milyondan çox ev işıqsız qalıb


Luiziana, 29 avqust, 2021-ci il
Luiziana, 29 avqust, 2021-ci il

Ziyanın miqyası o qədər böyükdür ki, “Entergy” energetika şirkəti elektrik şəbəkəsini bərpasının bir neçə həftə çəkə biləcəyini bildirib

Avqustun 30-da İda qasırğasının keçdiyi Luizianada xilasedicilər yüzlərlə insanı sel sularından xilas ediblər.

4-cü kateqoriyaya aid İda avqustun 29-da saatda 240 km küləklə gəlib, elektrik xətlərini qırıb, yolları zibillə doldurub. Avqustun 30-da tropik depressiya səviyyəsinə düşən qasırğanın həftəiçi Nyu Yorka istiqamətlənərək leysan yağışlara və daşqınlara səbəb olacağı proqnozlaşdırılır.

Nyu Orlean daxil olmaqla Luizianada 1 milyondan çox evin işıqsız qaldığı xəbər verilir.



Elektrik tezliklə bərpa olunmayacaq

Ziyanın miqyası o qədər böyükdür ki, “Entergy” energetika şirkəti elektrik şəbəkəsini bərpasının bir neçə həftə çəkə biləcəyini bildirib.

Luizianada azı 2 nəfər həlak olub, daha çox itki gözlənir, qubernator Con Bel Edvardz mediaya deyib.

“Elektrik enerjisinin bərpa olunacağını deyə bilmərəm. onu deyə bilərəm ki, zibil yığışdırılacaq, bərpa işləri aparılacaq”, – Edvardz vurğulayıb.

Onun sözlərinə görə, xilasedicilər azı 671 nəfərin həyatını qurtarmaqdan ötrü səfərbər olublar.

İda Katrina qasırğasının 16-cı ildönümündə gəlib. 2005-ci ildəki qasırğa Nyu Orlean şəhərində böyük dağıntılar törətmişdi, 1800 nəfərin öldüyü bildirilirdi.

Maddi ziyan

Prezident Co Bayden ştatda böyük fəlakət baş verdiyini elan edib, xilasetmə işlərinə federal yardımla bağlı göstəriş verib.

Luizianada COVID-19-la bağlı vəziyyət də yaxşı deyil, hazırda ştatda 2 min 450 COVID-19 xəstəsinin xəstəxanada, çoxunun reanimasiya şöbəsində yatdığı bildirilir.

İlkin dəyərləndirmələrə görə, ştatın səhiyyə sistemi fəlakətli zərbədən ötüşə bilib.

İdanın Katrina qasırğasından daha az maddi ziyan vuracağı gözlənir. Səbəb qasırğanın gücünün zəifləməsi və Nyu Orleanda daha təkmil bənd sisteminin qurulmasıdır.

Təhlilçilər İdanın sığorta sənayesinə 10 milyard dollar civarında ziyan vuracağını proqnozlaşdırır. Katrinanın vurduğu ziyan isə 90 milyard dolları keçmişdi.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG