Alexander Wienerberger Birinci Dünya müharibəsi illərində Avstriya-Macarıstan ordusunda xidmətə cəlb olunub. 1915-ci ildə Rusiyaya əsir düşəndən sonra 1934-cü ilə qədər bu ölkədə yaşayıb, Sovet İttifaqında partlayıcı maddələr zavodlarında kimya mühəndisi kimi çalışıb. 1933-cü ildə onu Xarkov şəhərindəki sintetik fabrikinə texniki direktor kimi işə göndəriblər. Beləliklə də Wienerberger Sovet hökumətinin Ukraynada yaratdığı böyük aclığın faciələrinə şahid olub. Ukrayna tarixinə Holodomor - aclıqdan minlərlə insanın qırıldığı soyqırımı kimi düşmüş bu hadisə zamanı o, Leica adlı kiçik fotoaparatı ilə bu fotoları çəkmişdi. Şəkillərin altındakı qeydlər müəllifin özünündür.
Böyük aclıq illərində avstriyalı fotoqrafın çəkdikləri
5
"Xarkovda ərzaq mağazası - burada hər bir süd butulkası olduqca dəyərli bir ticarət əşyaşıdır".
6
"Xarkovda küçədə acından ölmüş insanların cəsədinə adamlar yazıq-yazıq baxırlar." Xarkov 1933-cü il.
7
"Ac və tərk edilmiş uşaqlar - belə uşaqları "Besprisornyje" adlandırırlar.
8
"Aclıq kəndliləri köç etməyə məcbur edir".