Alexander Wienerberger Birinci Dünya müharibəsi illərində Avstriya-Macarıstan ordusunda xidmətə cəlb olunub. 1915-ci ildə Rusiyaya əsir düşəndən sonra 1934-cü ilə qədər bu ölkədə yaşayıb, Sovet İttifaqında partlayıcı maddələr zavodlarında kimya mühəndisi kimi çalışıb. 1933-cü ildə onu Xarkov şəhərindəki sintetik fabrikinə texniki direktor kimi işə göndəriblər. Beləliklə də Wienerberger Sovet hökumətinin Ukraynada yaratdığı böyük aclığın faciələrinə şahid olub. Ukrayna tarixinə Holodomor - aclıqdan minlərlə insanın qırıldığı soyqırımı kimi düşmüş bu hadisə zamanı o, Leica adlı kiçik fotoaparatı ilə bu fotoları çəkmişdi. Şəkillərin altındakı qeydlər müəllifin özünündür.
Böyük aclıq illərində avstriyalı fotoqrafın çəkdikləri
9
"Ac və atılmış uşaqlar yol kənarında bir-birinin bitini təmizləyir."
10
"Acından ölmək üzrə olan bu uşağa fikir verən yoxdur".
11
The empty "Chartorg" (Charower Trade Cooperative) food distribution site is besieged by a devastated population in Kharkiv..
12
"Yol kənarında aclıqdan ölmüş insanların cəsədləri, can çəkən insanlar - kimsə onlara məhəl qoymur".