Alexander Wienerberger Birinci Dünya müharibəsi illərində Avstriya-Macarıstan ordusunda xidmətə cəlb olunub. 1915-ci ildə Rusiyaya əsir düşəndən sonra 1934-cü ilə qədər bu ölkədə yaşayıb, Sovet İttifaqında partlayıcı maddələr zavodlarında kimya mühəndisi kimi çalışıb. 1933-cü ildə onu Xarkov şəhərindəki sintetik fabrikinə texniki direktor kimi işə göndəriblər. Beləliklə də Wienerberger Sovet hökumətinin Ukraynada yaratdığı böyük aclığın faciələrinə şahid olub. Ukrayna tarixinə Holodomor - aclıqdan minlərlə insanın qırıldığı soyqırımı kimi düşmüş bu hadisə zamanı o, Leica adlı kiçik fotoaparatı ilə bu fotoları çəkmişdi. Şəkillərin altındakı qeydlər müəllifin özünündür.
Böyük aclıq illərində avstriyalı fotoqrafın çəkdikləri
1
"Artıq kimsədə mərhəmət hissi qalmayıb".
2
"Artıq vəziyyət o qədər dəhşətlidir ki, qarnını doyurmaq hayında olan insanlar küçələrdə aclıqdan can verən adamların yanından etinasızlıqla keçirlər." Xarkov 1933-cü il.
3
"Acından ölmək üzrə olan bu adamın yanında qadınlar öz qayğılarını müzakirə edirlər." Xarkov 1933-cü il.
4
"Süd paylama məntəqəsinin qarşısında növbə". Xarkov 1933-cü il.