Keçid linkləri

Təcili xəbərlər
2020, 04 Dekabr, Cümə, Bakı vaxtı 07:14

Gürcüstan enerji sorağındadır


Gürcüstan fəalları Rusiyanın "Gazprom" şirkəti ilə bağlı etiraz edirlər, 17 oktayabr 2015

Hökumətin fikrincə, Gürcüstandan ötrü hidroenergetikanın alternativi yoxdur

Ötən il elektrik təchizatı Gürcüstanın ən mühüm sınaqlarından biri olub. İqtisadi inkişaf tempi aşağı olsa da, ölkə qışda enerji qıtlığı ilə üzləşdi. Ardından enerji daşıyıcılarının alınmasına dair əlavə müqavilələrin bağlanmalı olub-olmadığı barədə Rusiya ilə müzakirələr başlandı.

Ötən il enerji daşıyıcıları alınmasını şaxələndirmək məsələsi Gürcüstanın ən mühüm məsələlərdən olub. İlin əvvəlində ölkənin qaz təminatında problemlər yaranıb. Son 10 ildə bu sahədə Gürcüstanın alternativsiz tərəfdaşı olan Azərbaycan (Gürcüstan istifadə etdiyi qazın cəmi 8%-ni Rusiyadan alır) gözlənilmədən ona əlavə qaz sata bilməyəcəyini açıqlayıb.

Buna da bax: Prezident qazın qiymətindən danışdı...

“Qazprom” mübahisə doğurmuşdu

2015-ci ilədək Gürcüstanın mavi yanacağa tələbatı 2 milyard kubmetr idi. Ancaq bir il öncə qaz istehlakı 2,5 milyard kubmetrə yüksəldi və nəticədə qaz qıtlığı yarandı. Azərbaycanın əlavə qaz satmaqdan imtinasından sonra energetika naziri Kakha Kaladze-nin timsalında Gürcüstan hökuməti Rusiya və İrandan çatışmayan qaz almağın yollarını araşdırmağa başladı.

Gözlənildiyi kimi, əsas mübahisələr "Qazprom"la bağlı oldu. Müxalifətin fikrincə, Rusiya inhisarçısı ilə danışıqlar faktının özü ölkənin enerji təhlükəsizliyini təhdid edir. Kakha Kaladze buna cavab olaraq deyirdi ki, Gürcüstan mümkün olan hər yerdə qaz axtarmalıdır:

"Son bir neçə ildə, müəyyən mənada, qaz təchizatı problemi ilə üzləşmişik və bunu azərbaycanlı tərəfdaşlarımıza bildirmişik. Eyni zamanda çatışmayan qazı Rusiyadan alırdıq. Bu onunla bağlı idi ki, SOCAR-a məxsus qaz kəməri böyük həcmdə qaz nəql etməyə qadir deyildi. Biz "Şahdəniz" konsorsiumunun rəhbərliyinə onların kəməri vasitəsilə qaz nəqlinə dair dəfələrlə məktub göndərsək də, hər dəfə rədd cavabı aldıq. Ona görə də yeni tərəfdaşlar axtarmalı olduq. Onların arasında İran da var. Bundan sonra azərbaycanlı tərəfdaşlarla son danışıqlar keçirildi. Məlum oldu ki, onların ikinci qaz kəməri ilə əlavə qaz nəql etmək imkanı var".

Trans Adriatik Kəməri
Trans Adriatik Kəməri

TAP-dan Gürcüstana 2 milyard dollar düşür

Gürcüstanın enerji təminatı 2019-cu ildə beynəlxalq layihələrin, o cümlədən Transadriatik qaz kəmərinin (TAP-ın) işə düşməsindən sonra yaxşılaşmalıdır. "Şahdəniz-2" yatağından çıxan qazı Avropaya ötürəcək TAP layihəsinə qoyulmuş investisiyaların həcmi 45 milyard dollar civarındadır. Bu məbləğin 2 milyardı Gürcüstanda yatırılacaq.

Buna da bax: Azərbaycan neft-qazdan 121 milyard qazanıb

Gürcüstan neft-qaz şirkəti müşahidə şurasının sədri Teimuraz Gochitashvili bu layihənin parametrlərindən danışarkən bildirib ki, sözügedən kəmər yalnız "Şahdəniz" yatağından çıxarılan qazla doldurulacaq. İkinci qolun çəkilməsindən sonra qaz kəmərinin ümumi keçiricilik qabiliyyəti ildə 24 milyard kubmetrə yüksələcək.

«Yeni qolun tikintisi... mövcud Cənubi Qafqaz kəmərinə (Bakı-Tbilisi-Ərzurum) paralel aparılacaq. Gürcüstan ərazisində onun uzunluğu 64 kilometrə yaxın olacaq. Bundan başqa iki qaz təzyiq stansiyası tikiləcək... Gürcüstan qazı pulsuz almayacaq, ancaq 2020-ci ildə qaz kəmərinin işə salınmasından sonra ölkə ildə bir milyard kubmetr qazı bazar qiymətlərindən önəmli dərəcədə aşağı - güzəştli qiymətlərlə ala biləcək».

Svanetiyada 34 stansiya qurulacaq

Buna da bax: SOCAR Gürcüstana qazı ucuz satacaq​

Gürcüstan özünün enerji potensialını da fəal şəkildə reallaşdırmağa çalışır. Yüksək dağlıq ərazi sayılan Svanetiyada 34 stansiyanın qurulması planlaşdırılır. Onların arasında iki iri su elektrik stansiyası - Xudoni və Nenskra stansiyaları da var. Yerli sakinlər və ekoloqlar ərazinin bir hissəsinin suyun altında qalmasına qarşı çıxsalar da, bu iki stansiyanın tikintisi sürətlə gedir.

Foto: arxiv
Foto: arxiv

Hökumətin fikrincə, Gürcüstandan ötrü hidroenergetikanın alternativi yoxdur. Energetika nazirinin müavini Ilia Eloshvili deyir ki, Svanetiya sakinlərinin etirazları təxribatdır:

«Bu qeyri-hökumət təşkilatları ölkənin iqtisadiyyatına qarşı pozucu fəaliyyət göstərmək üçün mövcuddur. Tələbləri absurd olsa da, əhali nədənsə onlara inanır. Onların məntiqini anlamıram. Biz bir milyard dollarlıq özəl sərmayəni niyə dayandırmalıyıq? Tikinti mütləq davam etdiriləcək, çünki onun 20 kilometr aralıda yerləşən Çuberi kəndinə birbaşa aidiyyatı yoxdur. Layihəyə Dünya Bankı və digər sanballı beynəlxalq təşkilatlar da qoşulub...Biz onların hərəkətlərini anlamırıq və əhalini o təxribatçıların dediyi ilə oturub-durmamağa çağırırıq».

Ötən ilin oktyabrında Gürcüstanda külək enerjisi ilə çalışan ilk elektrik stansiyası istismara veriilib. Tikinti Avropa Yenidənqurma və İnkişaf Bankının Energetika İnkişaf Fondunun vəsaiti hesabınahəyata keçirilib və 34 milyon dollara başa gəlib.

Şərhlər (1)

Bu forum dayandırılıb
XS
SM
MD
LG