Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 19:12

SOCAR Gürcüstana qazı ucuz satacaq


SOCAR
SOCAR

-

SOCAR Gürcüstana satdığı sosial qazın qiymətini aşağı salacaq.

APA-nın xəbərinə görə, martın 4-də SOCAR-la Gürcüstan arasında imzalanmış qaz razılaşmasında belə nəzərdə tutulur. Ancaq sosial qazda nə qədər endirim olacağı bildirilməyib.

SOCAR Gürcüstana satdığı kommersiya qazının qiymətində də endirim edəcək. Yanacaqdoldurma məntəqələrinə satılan hər 1000 kubmetr kommersiya qazının qiyməti 35-40 dollaradək aşağı salınacaq.

Hazırda SOCAR Gürcüstana gündəlik 6-6.5 mln. kubmetr həcmində qaz nəql edir. Yeni sazişə əsasən isə, SOCAR Gürcüstana 463 milyon kubmetr həcmində əlavə təbii qaz tədarük edəcək.

Bundan əvvəl SOCAR Gürcüstanda satdığı benzinin qiymətini də aşağı salmışdı.

XS
SM
MD
LG