Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:41

Deputat: 'Nəzərə alsaq ki, bütün dünyada maliyyə böhranı tüğyan edir...'


Deputat Fuad Muradov
Deputat Fuad Muradov

“İnanmıram ki, hansısa millət vəkili ya pensiyaçının, ya müəllimin, ya da tibb işçisinin maaşının artırılmasını istəməsin. Ancaq dediyim kimi, reallığı da nəzərə almaq lazımdır. Mən düşünürəm ki, müəllimlərin, həkimlərin, orta sinfin, pensiyaçıların, tələbələrin maaşına, təqaüdünə baxılmalıdır və bu proses hələlik davam edir”.

Bitərəf deputat, Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov növbəti ilin büdcə layihəsindən danışarkən AzadlıqRadiosu-na belə deyir. O, növbəti il büdcədə sosial xərclərin təxminən 20 faiz arta biləcəyini də qeyd edir.

Bugünlərdə Milli Məclisin komitələri gələn ilin dövlət büdcəsi layihəsini müzakirə edirlər. Sənəd noyabrın 21-də parlamentin plenar iclasında müzakirəyə çıxarılmalıdır.

Buna da bax: Deputat: ''Azərişıq' və 'Azəristiliktəchizat' özəlləşdirilməlidir'

– Fuad bəy, gələn ilin dövlət büdcəsi layihəsini necə dəyərləndirirsiniz?

"Mən düşünürəm ki, müəllimlərin, həkimlərin, orta sinfin, pensiyaçıların, tələbələrin maaşına, təqaüdünə baxılmalıdır və bu proses hələlik davam edir...”

– Keçən illə müqayisədə büdcə xərclərini götürəndə artım var. Bu o deməkdir ki, inkişaf meylləri mövcuddur. Təbii ki, bəzi istiqamətlərə daha çox maliyyə ayrılıb. Bu da onunla bağlıdır ki, hökumət islahatlara başlayıb, “Yol xəritəsi” istiqamətində müxtəlif nazirlik və komitələrdə struktur islahatları aparılır. Bu baxımdan həmin işlərin görülməsinə müəyyən vəsait ayrılıb. Eyni zamanda, bəzi istiqamətlərdə kəsirlər var, dövlət bəzi qurumların publik hüquqi şəxsə çevrilməsi prosesinə başlayıb. Məqsəd həmin qurumların özlərini maliyyələşdirə bilməsidir. Gənclər və idman sahəsinə ayrılan vəsaitdə təxminən 1,2 milyon manat artım var. Keçən il tikintisi yarımçıq qalan bəzi idman qurğularının inşasının başa çatdırılmasına büdcədən vəsait ayrılıb. Eyni zamanda, İpoteka Fonduna ötən il 50 milyon manat ayrılmışdısa, bu il həmin vəsait 100 milyona qaldırılıb. Sosial mənzillərin tikilməsinə də büdcədən vəsait ayrılması nəzərdə tutulub. Bu da çox müsbət haldır. Nəzərə alsaq ki, bütün dünyada maliyyə böhranı tüğyan edir, maliyyə sistemləri sabitləşməyib, o zaman bizim dövlət büdcəsinin yetərincə balanslaşmış olduğunu deyə bilərik. Regionlarımızın mərkəzi büdcədən asılılığını azaltmaq üçün mexanizmlər də hazırlanmalıdır. Yenə deyirəm, bizim regiondakı vəziyyəti nəzərə alanda yetərincə balanslaşmış və gözəl təqdim edilmiş bir büdcədir. Bütün istiqamətlər tam aydındır.

Fuad Muradov: "Təbii ki, bəzi istiqamətlərə daha çox maliyyə ayrılıb. Bu da onunla bağlıdır ki, hökumət islahatlara başlayıb"
Gözlə

No media source currently available

0:00 0:08:37 0:00
Direct-ə keçid

Buna da bax: Ekspert: 'Büdcə 3 milyard artsa da, pensiyalar 2 manat arta bilər' [video]

"Gənclər və idman sahəsinə ayrılan vəsaitdə təxminən 1,2 milyon manat artım var..."

– Fuad bəy, mətbuatda yazılanlara görə, gələn ilin büdcəsi neftin qiymətindən asılı olaraq iki variantda hazırlanıb. Bir variantda neftin qiyməti 30, digərində 50 dollar nəzərdə tutulur. Komitələrdəki müzakirələrdə siz deputatlar hansı varianta üstünlük verdiniz?

– Müzakirələr hələ davam edir. Variantlara gəlincə, proqnozlaşdırılmış büdcə variantı var və bir də hazırlanmış büdcə variantları. Hər ikisində də neftin qiyməti orta götürülüb. Ona görə gələn dövlət büdcəsi birbaşa neftin qiymətinə bağlı deyil. Sadəcə olaraq, investisiya layihələrinə ayrılacaq maliyyə dəyişə bilər. Bu layihələr neftin qiymətinə bağlı ola bilər. Amma indiki icmal büdcəyə onun aidiyyatı yoxdur.

Buna da bax: Büdcənin 'yağlı tikəsi' tikintiyə gedir

"...bizim regiondakı vəziyyəti nəzərə alanda yetərincə balanslaşmış və gözəl təqdim edilmiş bir büdcədir"

– Neftin qiyməti gələn il üçün ortalama hansı rəqəmlə götürülüb? 30 ya 50 dollar?

– Tam dəqiqləşdirilməyib. Amma hökumət neftin qiymətinin 45-50 arasında olacağını planlaşdırır.

– Dövlət büdcəsi deyəndə dərhal maaş, təqaüd yada düşür. Aztəminatlıların sosial durumunu yaxşılaşdırmaq və ya büdcə təşkilatlarında çalışanların maaşlarının, təqaüdçülərin təqaüdlərinin artırılması üçün nələr nəzərdə tutulur?

Buna da bax: Büdcə layihəsində tələbə təqaüdləri vəsaiti azaldılıb - bu nə deməkdir? [video]

– Keçən il nəzərdə tutulan sosialyönümlü xərclərdə heç bir geriləmə yoxdur. Artım var, azalma yoxdur. Bu, həm müavinətlərlə bağlıdır, həm də bundan çıxan digər məsələlərlə. Aztəminatlılardan danışanda onların mənzil məsələsini də nəzərdə tuturuq. Bu yaxınlarda sosial mənzillərin tikintisi ilə bağlı qurum da yaradıldı. Bir məsələ xüsusi diqqətdə saxlanılır, sosial mənzillər tikiləndən sonra aztəminatlılar onları ala bilsinlər, bu məqsədlə ipoteka üçün vəsait də ayrılıb. Mənzil məsələsi çox vacibdir.

Buna da bax: 'Statistikada yoxsulluq 10 dəfə azaldılıb'

"Sosial xərclərdə geriləmə yoxdur, hətta bəzi sahələrdə çoxalıb"

– Bəs maaşların, təqaüdlərin artımı nə qədər ola bilər? Neçə faiz və ya neçə dəfə artım gözlənilir?

– Bu rəqəmlər fərqlidir. Hamısı dəqiq yadımda deyil. Amma ümumi götürəndə sosial xərclərlə bağlı bütün istiqamətlərdə təxminən 20-21 faiz artım gözlənilir. Sosial xərclərdə geriləmə yoxdur, hətta bəzi sahələrdə çoxalıb.

– Sosial xərclərlə bağlı təxminən 20 faiz artım gözlənildiyini deyirsiniz. Sizcə, bu artım yetərlidirmi? Nəzərə alsaq ki, son zamanlar kommunal xidmətlərin, ərzağın qiyməti də artmaqdadır. Yəni bu maaş və ya təqaüd artımı həmin kəsimin normal dolanmasına bəs edəcəkmi?

Buna da bax: Pensiya almaq üçün lazım olan məbləği yığmaq lazım olacaq

– Dövlət büdcəsinin müzakirəsi də ona görə lazımdır ki, biz millət vəkilləri hansı sahədə daha çox artım olmalıdırsa, onu hökumətlə müzakirə edək. Büdcəni hökumət formalaşdırır, hökumət də ona cavabdehdir. Ancaq biz də başa düşürük ki, bu gün reallıqlar var. Hökumət də elə addım atır ki, qiymət artımı dayansın. Biz də qiymət artımıyla bağlı hökumətə müraciət edirik ki, həmin istiqamətlərdə daha ciddi nəzarət həyata keçirsin. Bugünkü şəraitdə məqsədimiz odur ki, maksimal olaraq insanların həm şəraitini, həm də gündəlik həyatını yaxşılaşdırmaq üçün addımlar atılsın. Bu gün də hökumət bacardığını edir. Biz də millət vəkilləri olaraq hökuməti dəstəkləyirik. Təbii ki, biz də istərdik büdcədən daha çox pul ayrılsın, ancaq reallıqlar da mövcuddur. Bu reallıqlar nəzərə alınmalıdır. Mən inanmıram ki, hansısa millət vəkili ya pensiyaçının, ya müəllimin, ya da tibb işçisinin maaşının artırılmasını istəməsin. Ancaq dediyim kimi, reallığı da nəzərə almaq lazımdır. Mən də düşünürəm ki, müəllimlərin, həkimlərin, orta sinfin, pensiyaçıların, tələbələrin maaşına, təqaüdünə baxılmalıdır və bu proses, hələlik, davam edir. Məsələn, bizim tələbələrdən bəziləri təhsil haqqını ödəyə bilmir, bununla bağlı bizə, şəxsən mənə – Gənclər və idman komitəsinin sədrinə müraciətlər olunur. Biz də təklif etmişik ki, Maarifçi Təhsil Fondu yaradılsın. Təhsil Nazirliyi də bu təklifi dəstəkləyib. Bütün dünyada belə fondlar, proqramlar mövcuddur. Gənclərin yaşayış yeriylə, kitablarla təmin olunmasına dəstək olurlar və təbii ki, illik təhsil haqqını ödəyirlər.

Buna da bax: Neftin qiymətinin cəmi 5 dollar düşməsi Azərbaycan üçün nə deməkdir?

"Biz də təklif etmişik ki, Maarifçi Təhsil Fondu yaradılsın. Təhsil Nazirliyi də bu təklifi dəstəkləyib"

– Söz təhsildən düşmüşkən, tələbələrin xaricdə təhsil alması ilə bağlı dövlət proqramı dayandırılıb. Gələn il bu bərpa edilə bilərmi? Bunun üçün büdcədən vəsait ayrılması mümkündürmü?

– Bütün variantlar nəzərdən keçirilir. Mən düşünürəm ki, biz o proqramları bura gətirməyi düşünməliyik. Tələbənin xaricdə oxuması müsbət haldır. İmkan çatsa, bunu etmək olar. Bir də, bu gün xaricə gedib təhsil alan, imtahan verib oxuyan 10-11 faiz deyil heç. Ona görə hesab edirəm ki, indiki halda xaricdəki proqramları burda ali məktəblərdə tətbiq etmək, müəllimləri bura dəvət etmək gərəkdir. İndiki mərhələdə bu məsələni də müzakirə edirik. Təhsil Nazirliyindən təkliflər gözləyirik.

Buna da bax:

Büdcə müzakirələri Azərbaycanda və dünyada necə aparılır?
Gözlə

No media source currently available

0:00 0:02:42 0:00

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG