Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:53

Deputat: ''Azərişıq' və 'Azəristiliktəchizat' özəlləşdirilməlidir'


Qüdrət Həsənquliyev
Qüdrət Həsənquliyev

««Azərişıq» ASC və «Azəristiliktəchizat» ASC özəlləşdirilməlidir».

APA-nın xəbərinə görə, bu təklifi bu gün, noyabrın 13-ü Milli Məclis komitələrinin 2018-ci il büdcəsinin birgə müzakirəsində deputat Qüdrət Həsənquliyev bildirib. Onun deməsinə görə, bu qurumlar dərhal özəlləşdirilməsə, orada problemlər nəinki həll olunmayacaq, əksinə, daha da dərinləşəcək.

Hər iki dövlət qurumunun ziyanla işlədiyi bildirilir.

Deputat əhali sayı Azərbaycanın yarısı qədər olan Norveçin büdcəsinin 221 milyard dollar olmasına diqqət çəkib:

«Bu ölkənin Neft Fondunun vəsaitləri 1 trilyon dollara çatıb. Yəni, biz bu cür ölkələrdən nümunə götürməliyik. Bizim büdcənin həcminə baxanda, hər şey aydın olur».

Q.Həsənquliyev ciddi islahatlar aparılmadığı, radikal addımlar atılmadığı halda vəziyyəti dəyişməyin mümkünsüzlüyünü bildirib. O hesab edir ki, iqtisadiyyatın həcmi azdır.

«Ona görə də qeyri-neft sektorunda 2.4 faiz artım olanda, sevinirik. Amma bu rəqəm iqtisadiyyatın sürətli inkişafını təmin etmir».

Deputat maaşlarının artırılmasını təklif edib
Gözlə

No media source currently available

0:00 0:01:15 0:00

KOMİTƏLƏR BÜDCƏ LAYİHƏSİNİ BƏYƏNİB

Komitələr büdcə layihəsini qəbul edərək parlamentin plenar iclasına tövsiyə ediblər.

Noyabrın 21-də layihənin müzakirəsi gözlənir. Komitələrdə ötən həftədən müzakirələr başlamışdı.

2018-ci il üzrə dövlət büdcəsinin gəlirləri 20.127 mlrd. manat, xərcləri isə 20 mlrd. 905.7 mln. manat proqnozlaşdırılır. Dövlət büdcəsinin 778.,7 mln. manat məbləğində kəsirlə icra olunacağı gözlənilir.

Büdcə layihəsində neftin dəyəri 45 dollar götürülüb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG