Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 00:34

Ət və süd idxalı artıb-media icmalı


arxiv foto
arxiv foto

Regionlarının inkişafına aid dövlət proqramları, ət, süd idxalının artması, qiymətlər və başqa məsələlər medianın toxunduğu mövzularındandır...

Deputat Azərbaycanın Nigeriya ilə müqayisəsini istəmir

“Yenisabah.az” saytı-nda ““Gömrük rüsumları 36 faizə gəlib çıxır, bu, çox yüksəkdir” -Vahid Əhmədov” sərlövhəli yazı oxumaq olar.

Müəllif gömrük sahəsindəki vəziyyət, qiymət artımı və yoxsulluq səviyyəsi ilə bağlı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov-un düşüncələrinə yer verib.

Vahid Əhmədov, Bakı, 18 oktyabr 2011
Vahid Əhmədov, Bakı, 18 oktyabr 2011

Yazıda vurğulanır ki, V.Əhmədovun da üzvü olduğu Komitənin mayın 21-də “ Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında” Qanun layihəsinin müzakirəsilə bağlı keçirilən iclasında ölkə Nigeriya ilə müqayisə edilib.

V.Əhmədov da sayta bildirib ki, ölkə, dövlət, əhalinin vəziyyəti, islahatlar göz qabağındadır:

“Əlbəttə, demirəm ki, hər şey yaxşıdır, əladır. Yoxsulluqla, işsizliklə əlaqədar problemlər var. Rəsmi statistikaya görə, Azərbaycanda yoxsulluq səviyyəsi 5 faizdir. Amma mən arxayınam ki, Azərbaycanda çox ciddi və dərin iqtisadi islahatlara start verilib”.

​V.Əhmədov hesab edir ki, əsas məsələ mövcud problemlərin həllində dövlət və hökumətin iştirak etməsidir:

“ Ona görə mən istəməzdim bizi Nigeriya ilə müqayisə etsinlər. Nigeriya başqa yol tutub. Düzdür, biz də Nigeriya kimi neft ixrac edən ölkəyik”.

Bakı, 19 iyun 2015
Bakı, 19 iyun 2015

​Ölkədə qiymət artımına toxunan deputat bunları qeyd edib:

“Azərbaycanda hər bayramqabağı qiymətlər qalxır. Bunlar subyektiv qiymətlərdir. Daha çox gəlir götürmək üçün bəzi üzdəniraq işbazlarımızın qiymət artımıdır”.

Vahid Əhmədov ölkənin gömrük sahəsindəki vəziyyətdən də bəhs edərək əlavə edib ki,bütün mallara 18 əlavə dəyər vergisinin ( ƏDV) qoyulmasının tərəfdarı deyil:

“Differensiallaşdırılmış vergi sistemi tətbiq edilməlidir. Mal var ki, onu 10 ildə bir dəfə istifadə edirsən, amma ərzaq, geyim mallarını hər gün, hər ay istifadə edirik. Bunların hamısına niyə 18 faiz vergi qoymalıyıq?”

“Ət istehsalı azalır”

Ət, arxiv foto
Ət, arxiv foto

“Yeni Müsavat” qəzeti-ndə “Ət istehsalı azalır, xaricdən idxal artır… "sərlövəhli yazı diqqət çəkir.

Müəllif maldarlıq sahəsindəki məsələləri ekspert Nicat Nəsirli ilə müzakirə edib.

Yazıda Dövlət Statistika Komitəsinə istinadən bildirir ki, 2017-ci ildə Azərbaycana 83 min 954 baş damazlıqdan ötrü nəzərdə tutulmayan diri iribuynuzlu heyvanlar ( 25 milyon 250.92 min dollar dəyərində), 131 min 867 baş da diri qoyunlar (7 milyon 834.6 min dollar dəyərində) gətirilib. 2018-ci ildə isə 114 min 183 baş (314 milyon milyon 3,53 min dollarlıq) iribuynuzlu heyvanlar, 108 min 595 baş da diri qoyunlar ( 7 milyon 134,01 min dollarlıq) gətirilib.

Yazıda habelə rəsmi rəqəmlərə istinadən qeyd edilir ki, bu ilin 4 ayında da ət və süd idxalında artım davam edib.

Ekspert Nicat Nəsirli də “Yeni Müsavat”a deyib ki, Azərbaycanda indi heyvandarlıqda məhsuldarlıq göstəriciləri çox aşağıdır:

“Məsələn, dünyada bir qaramaldan bir il ərzində 10-12 ton süd əldə olunursa, bizdə bu, 1,5-1,8 tondan yuxarı deyil. Ətə gəlincə, dünyada 5 aya bir xırdabuynuzlu heyvandan 35-40 kq ət əldə edilirsə, bizdə buna 8-12 aya nail olunur. Bu, o deməkdir ki, bizdə həm ət, həm südlə bağlı intensivlik təmin olunmalıdır. Məhsuldarlığı aşağı salan amillərdən biri də bizdə heyvandarlığın sırf otarma prinsipi üzərində qurulmasıdır”.

Mütəxəssis deyir ki, Azərbaycanda heyvandarlıq sahəsində emal sənayesinin inkişaf etməməsi də problemlərdən biridir.

“Regional inkişaf strategiyası”

Prezident İlham Əliyev və yerli fermer Humay Məmmədova, Saatli rayonu, .28 mart 2017
Prezident İlham Əliyev və yerli fermer Humay Məmmədova, Saatli rayonu, .28 mart 2017

“Azərbaycan” qəzeti-ndə isə “Prezidentin regional inkişaf strategiyası bölgələrin sosial simasını dəyişmiş, iqtisadi gücünü artırmışdır” sərlövhəli yazı dərc edilib.

Bu yazıda isə ölkədəki aqrar vəziyyət tamam başqa mövqeydən qiymətləndirilir.

Müləlif yazıb ki, 2004-cü ildən başlayaraq regionların sosial-iqtisadi inkişafına dair qəbul edilən dövlət proqramları ölkənin ümumi inkişafında önəmli rol oynayır. Yazıda vurğulandığına görə, bu proqramların icrası Azərbaycanın hərtərəfli tərəqqisinin təmin edilməsinə, paytaxtla regionlar arasında fərqin azalmasına səbəb olur:

“Təsadüfi deyil ki, proqramların qəbulundan sonra regionlarda minlərlə kiçik, orta və böyük həcmli müəssisələr istifadəyə verilmiş, münbit infrastruktur yaradılmış, turizm inkişaf etmiş, aqrar sektorda məhsul istehsalı dəfələrlə artmışdır.”

​Yazıda habelə qeyd edilib ki, dövlət proqramları çərçivəsində görülən işlər ölkədə həyata keçirilən sosial-iqtisadi inkişafa da müsbət təsir göstərib:

“Bunun sayəsində 2004-2018-ci illərdə ümumi daxili məhsul real ifadədə 3,3, o cümlədən qeyri-neft sektoru 2,8 dəfə artmışdır. Bu dövrdə sənaye real ifadədə 2,6, o cümlədən qeyri-neft sənayesi 2,4, kənd təsərrüfatı 1,7 dəfə çoxalmışdır”

Müəllif sonda da yazıb ki, aqrar sahədə həyata keçirilmiş sistemli tədbirlər sayəsində ölkədə kənd təsərrüfatı və ərzaq məhsulları üzrə özünütəminetmə səviyyəsi yüksəlib, ərzaq məhsullarının istehsalı artıb, ixrac imkanları genişlənib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG