Keçid linkləri

Təcili xəbərlər
2018, 18 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 07:40

Statistika mal-qaranın artdığını, qəssab isə azaldığını deyir


arxiv

Statistikaya görə, Azərbaycanda mal-qaranın sayı artır, bazarda ət satanlar isə deyirlər ki, kəsməyə mal-qoyun tapmırlar - ətin qiyməti məhz buna görə qalxır. İndi kimə inanaq?

Dövlət Statistika Komitəsinin son məlumatına görə, Azərbaycanda inəklərin sayı 2015-ci ildə 1 milyon 179 min olub. Keçən il 1 milyon 187 minə çatıb. Qoyun və keçilərin sayı 2015-ci ildə 8 milyon 645 min ,keçən il 8 milyon 677 min olub.

Ancaq Statistika Komitəsinin məlumatından maraqlı suallar da çıxır: Son bir ildə eşşəklərin sayı 5 min baş azalıb. Azərbaycanda eşşəklər arasında xəstəliyin yayılması və ya başqa fakt qeydə alınmayıb, Azərbaycan xaricə də eşşək satmır. Onda bu 5 min baş eşşək hara yox olub? Özü də bu 5 min əhəmiyyətli rəqəmdir. Azərbaycanda bir il əvvəl 40 min eşşək olub. Yəni bir ildə onların sayı birdən-birə 12 faiz azalıb. Statistik rəqəmlərdən şübhə yaranır ki, ətin qıtlığı , bahalığı şəraitində bəlkə onlar elə ətliyə gedib?

Aqrar məsələlər üzrə ekspert Vahid Məhərrəmov bildirir ki, statistik məlumatlarda xətalar var. Onun sözlərinə görə, statistik məlumatlar bəzi məmurların istəyinə uyğun olaraq hazırlanır. Ekspert deyir ki, bu dəfəki məlumatda mal-qaranın sayının azalmaması yuxarıların, xüsusilə kənd təsərrüfatı nazirliyinin arzusu ilə həyata keçirilir.

Vahid Məhərrəmov deyir ki, digər heyvanların sayında azalma göstərilsə də mal-qaranın sayında bunu göstərmirlər. Ekspertin fikrincə, bu onunla bağlıdır ki, çalışırlar göstərsinlər ki,bu sahədə geriləmə yoxdur, ət və süd istehsalı artacaq. Vahid Məhərrəmovun sözlərinə görə reallıqda isə ət kəsimi və satışı ilə məşğul olanlar mal-qara çatışmazlığından gileylənirlər.

Ekspert həm də onu vurğulayır ki, ölkəyə kəsim üçün qonşu Gürcüstandan xeyli mal-qara gətirilir. Vahid Məhərrəmov deyir ki, son 2 ay ərzində ölkəyə kəsim üçün idxal olunan mal-qaranın sayı 4,5 dəfə, ət idxalı isə 2,3 dəfə artıb. Ekspert bildirir ki, Dövlət Statistika Komitəsi onlara verilən sifariş əsasında ölkədə inkişafın olduğunu bu cür statistik rəqəmlərlə göstərməyə çalışırlar.

Vahid Məhərrəmov: " mal-qara sayının azalmaması yuxarıların arzusu ilə belə göstərilir..."
Gözlə

No media source currently available

0:00 0:02:27 0:00
Direct-ə keçid

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə statistik məlumatlarda göstərilən eşşəklərin sayının azalması məsələsinə diqqət çəkir. Eyyub Hüseynov bildirir ki, sovet dövründə eşşəklərə qoyulan vergiyə görə insanlar onlardan imtina etməli olurdular və çöllərdə eşşək sürüləri meydana gəlirdi. Onun sözlərinə görə hətta həmin dövrlərdə və ya bundan sonra sovetlərdə yaranan böyük ərzaq qıtlığı zamanı belə, eşşək ətinə qadağa var idi.

Eyyub Hüseynov deyir ki, statistik məlumatda eşşəklərin sayının azalması onu göstərir ki, eşşəklər qida məqsədi ilə insanlara verilib. Ekspert xatırladır ki, ötən ilin aprel- may aylarında Daxili İşlər Nazirliyi bu sahədə böyük əməliyyatlar apararaq bunun üstünü açdı. Eyyub Hüseynov deyir ki, həmin əməliyyatlar zamanı Xaçmazda xeyli eşşək və at başının tapılması göstərdi ki, eşşəklər əhaliyə qida məhsulu kimi verilir.

Eyyub Hüseynov: "eşşəklərin sayının azalması onu göstərir ki..."
Gözlə

No media source currently available

0:00 0:01:18 0:00
Direct-ə keçid

Milli Məclisin Aqrar siyasət komitəsinin üzvü, deputat Aydın Hüseynov ölkədə mal-qara çatışmazlığı olmadığı halda ətin qiymətinin hansı səbəbdən bahalaşdığını bazar iqtisadiyyatı ilə əlaqələndirir. Onun sözlərinə görə ölkədə liberal bazar iqtisadiyyatı olduğu üçün qiymətləri bazar müəyyənləşdirir.

Deputat deyir ki, tələb varsa təklif var. Tələb və təklif arasındakı münasibətlər qiymətləri tənzimləyir. Aydın Hüseynov deyir ki, bu sahədə monopoliyanın olması inandırıcı deyil.

Aydın Hüseynov: "bazar müəyyən edir..."
Gözlə

No media source currently available

0:00 0:00:55 0:00

Günün bütün mövzuları

XS
SM
MD
LG