Keçid linkləri

2025, 24 Mart, Bazar ertəsi, Bakı vaxtı 10:20

Azərbaycana ət, süd və yağ idxalında artımın səbəbləri…


Dövlət Gömrük Komitəsinin (DGK) məlumatına görə, bu ilin 6 ayında ölkəyə ət, süd və yağ idxalı ötən ilin eyni dövrünə nəsbətən artıb

Dövlət Gömrük Komitəsinin (DGK) məlumatına görə, bu ilin 6 ayında ölkəyə ət, süd və yağ idxalı ötən ilin eyni dövrünə nəsbətən artıb.

Qurumun məlumatına görə, yanvar-iyun aylarında Azərbaycana 20,177 ton ət idxal edilib. Onun dəyəri 33,9 milyon dollar təşkil edib.

Bu, ötən illə müqayisədə çoxdur. 2021-ci ilin eyni dövründə dəyəri 31,8 milyon dollar olmaqla 18,3 min ton ət idxal edilib.

Hesabatda bildirilir ki, yanvar-iyun aylarında Azərbaycana 8 194,66 min dollarlıq ( ötən illə müqayisədə artım 41,1 faiz) 5 218,24 ton (artım 34,1 faiz) süd idxal olunub.

Bundan başqa anoloji dövrdə ölkəyə 61 187,72 min dollar dəyərində 10 777,30 ton kərə yağı və süddən hazırlanan digər yağlar idxal olunub. Bu da bir il əvvəldən müvafiq olaraq 53 və 31,8 faiz çoxdur.

Ötən il isə idxal azalmışdı

Ötən ildə isə bir il əvvəllə müqayisədə həm ət, həm süd, həm də yağ idxalı azalmışdı.

Rəsmi məlumata görə, Azərbaycanın özünü süd məhsulları ilə təmin etmə səviyyəsi 83-85 faizdir. Ətlə bağlı isə bu rəqəmin 85 faiz civarında olduğu bildirilir.

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzindən “Turan” İnformasiya Agentliyinə bildirilib ki, ölkəyə idxal olunan mal ətinin 80 faizdən çoxu dondurulmuş formada gətirilir:

“Dondurulmuş ət əsasən ölkənin turizm sektorunun, restoran, kafe şəbəkəsinin tələbatı üçün istifadə olunur. Bu sahələrdə də tələbat artıb. Tələbata uyğun olaraq əsasən dondurulmuş ət idxalında cüzi artım müşahidə olunur. Ümumiyyətlə isə ölkədə ət məhsulları üzrə özünü təminetmə göstəriciləri 88 faizdən yuxarıdır”.

Ankara sakinləri: Artıq ət ala bilmirik
Gözlə

No media source currently available

0:00 0:03:17 0:00

Rəsmi: Ət istehsalında 3 faiz artım var

Mərkəzdən vurğulanıb ki, bu ilin ilk 5 ayında ət istehsalında 3 faiz artım qeydə alınıb:

“Yerli əhali istehsalda istifadə olunan dondurulmuş ətdən istifadə etmir. Onun tələbatı tamamilə fermerlərin hesabına ödənilir”.

Qurumdan qeyd olunub ki, Azərbaycanın əsasən quş ətində idxaldan nisbətən asılılığı var:

“Quş əti üzrə özünü təminetmə göstəricisi 79 faiz səviyyəsindədir”.

Kərə yağının idxalın artması ilə bağlı isə Mərkəzdən bildirilib ki, Azərbaycan özünü 70 faiz yağla təmin etsə belə, bu məhsul xaricdən idxal olacaq: “Çünki bu, istehlakçıların tələbindən asılıdır”.

Rəsmi rəqəmlərə şübhə…

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmli isə AzadlıqRadiosuna deyib ki, Azərbaycan əhalisinin ətə, kərə yağına və südə tələbatı hökümətin verdiyi rəqəmlər səviyyəsində ödəmir:

“Dünya Səhiyyə Təşkilatı və Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) həmin normanı təsdiq ediblər. O normaya görə il ərzində adambaşına 78 kiloqram ət istehlakı nəzərdə tutulur, süd istehlakı isə 405 litrdir. Burada yalnız süd içməkdən söhbət getmir, həmin normaya süd məhsulları – pendir, kərə yağı daxildir. Azərbaycan höküməti isə istehlak səbətində minimum həddini nəzərdə tutaraq tələbatının 80-90 faizinin ödədiyini deyir. Bu həqiqətə uyğun deyil”.

Ekspertin sözlərinə görə, Azərbaycan ətə olan tələbatının 42-43 faizini, südə olan tələbatının isə 55-60 faizini ödəyir:

“Belə olan halda idxaldan asılılıq yaranır və artır. Bu il ölkəyə kəsim üçün gətirilən heyvanların sayını açıqlamasalar da, dəyər ifadəsində həmin heyvanlar artır. Bu o deməkdir ki, ölkəyə kəsim üçün gətirilən diri heyvanlar çəki hesabıyla artıb”.

“Onların istehsalı baha başa gəlir”

Onun fikrincə, bunun səbəbi ölkədə ətin istehsalının azalması ilə bağlıdır:

“Süd istehsalı da azalır. Onların istehsalı baha başa gəlir. Ölkədə heyvandarlığın inkişafı üçün yem bazası kifayət qədər deyil, həm də yem kifayət qədər bahadır. Bu səbəbdən bəzi fermerlər heyvandarlıq məhsulların istehsalından yayınırlar. Baxmayaraq ki, Azərbaycanda digər qonşu ölkələrlə müqayisədə heyvandarlıq məhsulların qiyməti 30-40 faiz yüksəkdir”.

XS
SM
MD
LG