Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:22

'Daşnaktsutyun' seçkilərdən daha çox şey gözləyirmiş


Aghvan Vardanyan, 2 Apr 2017
Aghvan Vardanyan, 2 Apr 2017

«Daşnaktsutyun» partiyasının parlament fraksiyasının rəhbəri Agvan Vardanian AzadlıqRadiosu-nun erməni xidmətinə müsahibəsində partiyanın seçkilərdən «daha çox şey gözlədiyini» bildirib.

Parlament seçkilərinin keçirildiyi gün, aprelin 2-də «Daşnaktsutyun» partiyası pozuntuların olduğunu deyirdi. Ancaq Vardanian-ın sözlərinə görə, bu pozuntular səsvermənin nəticələrinə ciddi təsir göstərməməli idi.

«Seçicilərin səsvermədə gözlənilməyən yüksək iştirak səviyyəsinə xüsusi diqqət yetirilməlidir. Bu, bir tərəfdən, vətəndaş fəallığını göstərdiyinə görə alqışlanasıdır, ancaq digər tərəfdən, maliyyə və inzibati vəsaitlərdən yanlış istifadənin nəticəsidir», – deyə «Daşnaktsutyun» özünün seçki sonrası bəyanatında bildirib.

Buna da bax:​ Daşnaklar hökumətdə postlarını qoruyub saxlayacaqlar

“BU ƏNƏNƏ DAVAM EDİR”

«Partiya seçici rüşvətlərinimi nəzərdə tutur» sualına Agvan Vardanian belə cavab verib:

«Təbii. Həm rüşvət, həm inzibati vəsaitlərdən istifadə, həm seçicilərin yönləndirilməsi..., həm çox sayda reytinq namizədlərinin olması, həm də hər bir seçici ilə fəal işin özünü yüksək iştirak səviyyədə göstərməsi nəzərdə tutulub. Bu iştirak göstəricilərinin real olduğunu, yoxsa ayrı-ayrı yerlərdə pozuntuların olduğunu demək çətindir. Ancaq bunun həm də insanların fəallığını göstərdiyi, onların öz səslərinə dəyər verdiyi də açıq-aydın görünür».

«Daşnaktsutyun» eyni zamanda Ermənistanın hakim Respublikaçılar Partiyasının siyasi tərəfdaşıdır. Bəs görəsən, inzibati vəsaitlərdən istifadə zamanı pozuntulardan danışarkən partiya təmsilçisi Respublikaçılar partiyasınımı nəzərdə tuturdu? Bu suala Vardanian belə cavab verib: «Bəli, onları nəzərdə tuturam. Çünki, biz, ən azı, bizə məxsus nazirliklərin vəsaitlərindən süni şəkildə yararlanmağa çalışmamışıq. Ən azı, mən hər hansı buna bənzər göstərişlərdən xəbərdar deyiləm. Ancaq bu ənənə bu gün də davam edir».

Buna da bax: Ermənistan seçkiləri: Qarabağ aspekti

MÜZAKİRƏLƏR YAXINDA BAŞLAYACAQ

Bu gün «Daşnaktsutyun»la Respublikaçılar partiyası arasında bundan sonrakı əməkdaşlığa dair hansı razılaşmaların olduğu barədə suala Agvan Vardanian belə cavab verib:

«Düşünürəm ki, bir il öncə imzaladığımız əməkdaşlıq sazişi müddətsizdir. Burada əsas olan hansı məsələlərdə əməkdaşlıq edəcəyimizdir. Seçki məcəlləsində yaxın günlər ərzində belə müzakirələrin keçirilməsinin mümkünlüyü nəzərdə tutulub. Hələlik, bu müzakirələr başlamayıb».

Partiya sözçüsü qeyd edib ki, sözügedən müzakirələr yaxın günlərdə başlayacaq.

Buna da bax:​ "Qazprom"un top meneceri Ermənistanın baş naziri oldu

Ermənistanın hakim Respublikaçılar partiyasının mətbuat katibi, beşinci çağırış ölkə parlamentinin spiker müavini Eduard Sharmazanov-un sözlərinə görə isə, son 10-15 il ərzində ilk dəfə xalq seçkilərdən sonra küçələrə çıxmayıb.

Sharazanov qeyd edib ki, bu, xalqın seçkilərin nəticələrini tanıması deməkdir.

Edward Sharmazanov, 5 Aprel, 2017
Edward Sharmazanov, 5 Aprel, 2017

“HAMI RÜŞVƏTDƏN DANIŞIRSA...”

Hakim partiyanın mətbuat katibi seçkilərdə rüşvətin olduğunu istisna etməyib. «Əgər hamı bu haqda danışırsa, deməli bu, ...real bir şeydir», – deyə o qeyd edib. Ancaq o, seçici səslərinin satın alınması halları olsa belə, bunun səsvermənin gedişinə ciddi təsir edə biləcəyini düşünmədiyini vurğulayıb.

Buna da bax:​ ATƏT Ermənistandakı seçkiləri tənqid elədi [Video]

«Əgər bütün pozuntuları və hətta səsvermə ərzindən daxil olan pozuntular barədə siqnalları bir yerə toplasaq və onların hamısını həqiqi saysaq, hətta bu zaman belə, bu, səsvermənin nəticəsinə təsir etmir. Pozuntulara dair siqnalların mütləq çoxluğunun yanlış olduğu barədə isə heç danışmırıq», – deyə Sharmazanov vurğulayıb.

Hakim partiya təmsilçisi bundan başqa vurğulayıb ki, beynəlxalq qurumların bütün bəyanatlarında Ermənistanda parlament seçkilərinin nəticələrinin seçicilərin iradəsini göstərdiyi bildirilir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG