Keçid linkləri

Təcili xəbərlər
2018, 13 Dekabr, Cümə axşamı, Bakı vaxtı 17:29

ATƏT Ermənistandakı seçkiləri tənqid elədi [Video]


Heidi Hautala

ATƏT-in müşahidəçi missiyası aprelin 2-də Ermənistanda keçirilən parlament seçkisini tənqid edib.

AzadlıqRadiosunun məlumatına görə, təşkilat etibarlı sübutlara əsasən səslərin alınması və seçicilərə təzyiqlər edilməsi kimi pozuntular olduğunu bildirir.

Təşkilatın aprelin 3-də yaydığı bəyanatda deyilir ki, seçkilərə müdaxilə,ona ictimai inam və etibarı heçə endirib.

Bəyanatda xüsusilə dövlət qulluqçuları və şəxsi şirkətlərin əməkdaşlarına təzyiqlər olduğu bildirilir.

“Təəssüf ki, bu proses, səslərin aınması, seçicilərin qorxudulması ,xüsusilə də məktəblər, xəstəxanalar və şəxsi şirkətlərdə, həmçinin vəzifə səlahiyyətlərindən su istifadə barədə etibarlı xəbərlərlə korlanıb”, Avropa Parlamenti nümayəndə heyətinin rəhbəri Heidi Hautala deyib.

--

Ermənistanda keçirilən parlament seçkisində hakim Respublika partiyası böyük səs çoxluğu ilə qalib gəlib.

Mərkəzi Seçki Komissiyasının ilkin məlumatına görə, prezident Serz Sarkisianın hakim Respublika partiyası 49.12 faiz səslə liderlik edir.

Serzh Sarkisian
Serzh Sarkisian

Ondan sonra, 27,32 faiz səslə biznesmen Garik Tsarukyanın rəhbərlik etdiyi «Tsarukian» bloku gəlir.

Həmçinin müxalifətdə olan «Yelk» bloku –7.77, ARF «Daşnaksutyun» partiyası isə ,6,57 faizə yaxın səs toplayaraq parlamentə düşüblər.

Bundan sonra 3,71 faiz səslə «Erməni dirçəlişi» partiyası ,təxinən 2,7 faiz səslə isə əsas müxalifət sayılan «Ohanian-Raffi-Oskanian» bloku gəlir.

Beləliklə parlamentə ilk 4 partiya düşüb.

MSK-nın məlumatına görə seçkidə 60 faizdən çox seçici iştirak edib.

Seçkini Avropa Birliyi, ATƏT və MDB ölkələrindən olan beynəlxalq müşahidəçilər də izləyib.

MDB -nin müşahidəçilər missiyası isə seçkinin demokratik olduğunu bəyan edib.

Yerevan. Səslərin sayılması. 2 Aprel.2017.
Yerevan. Səslərin sayılması. 2 Aprel.2017.

Bu konstitusiya islahatları ilə bağlı 2015-ci ildə keçirilən referendumdan sonra Ermənistanda ilk seçkidir və ölkə bununla parlament idarıəçiliyinə keçib.

İndiki prezidentin səlahiyyətləri 2018-ci ildə bitir.

Bundan sonra əsas səlahiyyətlər baş nazir və prezidentdə olacaq, prezidenti isə əvvəlki kimi xalq yox parlament seçəcək.

+++

«Yelk» müxalifət bloku da parlamentə keçən dördüncü siyasi blokdur.

Artıq bülletenlərin 75%-nin sayıldığı bildirilir. «RIA Novosti» informasiya agentliyi xəbər verir ki, Respublikaçılar səslərin 49.32 (529 min səs), «Tsarukian» bloku 27.67 (298 min səs), «Daşnaksutyun» isə 6.74 (72 min səs) faizini toplayıb.

«Yelk» bloku parlamentə düşmək üçün gərəkən baryeri bülletenlərin yalnız 64%-i sayılandan sonra toplaya bilib. Bu blok 7.39% (79 min səs) toplayıb.

Parlamentə düşməyə partiyalar minimum 5, bloklar 7 faiz səs toplamalıdırlar.

+++

Eksitpolun ilkin nəticələrinə görə Ermənistanda keçirilən seçkidə parlamentə 4 siyasi qüvvə düşüb.

Bunlar hakim “Respublika” partiyası, “Tsarukyan” bloku, “Yelk” bloku və ARF "Daşnaksütyun" partiyasıdır.

AzadlıqRadiosu Ermənistan xidmətinin məlumatına görə, eksitpolu BS/The Gallup Organization təşkilatı ilə Ermənistanın sosioloji assosasiyası (ASA) keçirib.

BS/The Gallup Organization-un məlumatına görə, “Respublika” partiyası 46%, “Tsarukyan” bloku 25%, “Yelk” bloku 10%, ARF “Daşnaksütyün” partiyası 5 %, “Erməni dirçəliş” partiyası 4%, “Ohanyan-Raffi-Oskanyan” bloku 3%, “Erməni milli konqresi”-“Ermənistan xalq partiyası” bloku (Konqres-NPA) 3%,”Azad demokratlar” 2%,”Kommunist partiyası” isə 2 faiz səs toplayıb.

Bütün ölkə boyu 125 seçki dairəsində keçrilən eksitpolda 30 min adam iştirak edib.

--

Qadın kişinin yerinə səs verib.

AzadlıqRadiosu Ermənistan xidmətinin kamerası Ararat vilayətinin Artaşat şəhərində 1 adamın 2 dəfə səsverməsini, səs verərkən seçicilərə kömək və seçici siyahılarında anlaşılmazlıq aşkar edib.

“Vətəndaş müşahidəçi” təşəbbüsününnümayəndələri radioya bildiriblər ki, 12/1 saylı seçki məntəqəsində 1 kişi məntəqəyə gələndə bəlli olub ki, artıq 1 qadın onun yerinə səs verib.

AzadlıqRadiosunun müxbiri həmçinin əllərində siyahı tutan müəyyən adamların məntəqənin qarşısında seçiciləri qarşılamasını, qeyd eləməsini və seçiciləri içəri aparmalarını müşahidə edib.

Yerevan. 2 Aprel. 2017.
Yerevan. 2 Aprel. 2017.

Müxbir onların hansı partiyadan olduqlarına aydınlıq gətirməyə çalışsa da bu baş tutmayıb.

Azadlıq Radiosunun müxbiri Artaşat və Masisdə olduğu demək olar ki, bütün məntəqələrdə insanların topalaşdığını müşahidə edib.

Mərkəzi seçki komissiyasının üzvləri isə AzadlıqRadiosuna builki seçkidə seçicilərin daha fəal olduqlarını deyiblər.

Ermənistanın Ombudsman aparatı isə yerli vaxtla saat 16:30 radələrinədək seçki pozuntuları ilə bağlı kütləvi informasiya vasitələri və sosial şəbəkələrdən alınmış 800-dən çox məlumatı araşdırıb.

Həmçinin aparata jurnalistlərin işinə mane olunması ilə bağlı məlumatlar daxil olub.

Ombudsman aparatı Avropa Birliyinin nümayəndələri və ATƏT-in müşahidəçiləri ilə daima əlaqə saxladığını bildirir.

Mərkəzi Seçki Komissiyasının məlumatına görə, yerli vaxtla saat 17:00-dək səsvermədə 51 faiz seçici iştirak edib ki, seçki baş tutmuş hesab olunur.

--

Prokurorluğa minə yaxın müraciət daxil olub.

Yerli vaxtla saat 15:00 radələrinədək Ermənistan prokurorluğuna seçki pozuntuları ilə bağlı 970 məlumat daxil olub ki, onlardan 131-də cinayət tərkibi aşkar olunub.

AzadlıqRadiosu Ermənistan xidmətinin məlumatına görə,bu barədə prokurorluğun xüsusi vacib işlər üzrə idarəsinin rəis müavini Sevak Ovannisian məlumat yayıb.

Bu şikayətlərdən təkcə 43-ü təkrar və ya başqa adamın əvəzinə səsvermə ilə bağlıdır.

Cinayət tərkibli işlər İstintaq Komitəsi və Polisin həmin ərazilərdəki şöbələrinə göndərilib.

Yerevanda seçki,02 Aprel,2017
Yerevanda seçki,02 Aprel,2017

--

Saat 14:00-dək seçkidə 33,46 faiz seçici iştirak edib.

Ermənistanda keçirilən parlament seçkisində yerli vaxtla saat 14:00-dək 33,46 faiz seçici iştirak edib.

Bu barədə AzadlıqRaqdiosunun Ermənistan xidməti Mərkəzi Seçki Komissiyasının üzvü Seyran Şaxsuvaryana istinadla xəbər verir.

MSK-nın məlumatına görə, seçkidə 2 milyon 587 min 706 nəfərin səsvermə hüququ var.

Məlumatlara görə bəzi seçki məntəqələrində pozuntular aşkar edilib.

Ermənistan mərkəzi polis aparatının rəhbəri Merujan Akopyanın sözlərinə görə yerli vaxtla saat 13:00-dək polisə pozuntularla bağlı 24 məlumat daxil olub.

Onun sözlərinə görə bu şikəyətlərdən 8-i bir dəfədən artıq və ya başqa adamın adından səs verməklə bağlıdır.

Yerevanda seçki məntəqəsi ,02 Aprel,2017
Yerevanda seçki məntəqəsi ,02 Aprel,2017

Qalan pozuntular isəvətəndaşın səsvermə hüuquqnun əngəllənməsi, xüliqanlıq,namizədin səlahiyyətlərini həyəta keçirməsi və onun səlahiyyətli nümayəndəsi, müşahidəçinin işinə əngəl yaradılması və s , pozuntularla bağlıdır.

--

Əlimdə hüququm olmasa, 15 milyard dollarlıq sərmayə də olmayacaq.

“Tsarukyan bloku”nun lideri, “Çiçəklənən Ermənistan “ partiyasının sədri Garik Tsarukyan 29/29 saylı seçki məntəqəsində səs verib.

Kimə səs verməsi ilə bağlı suala gəldikdə,Tsarukyan belə cavab verib:” Hər şey xalqımızdan aslıdır. Xalq nə istəyir, kimə inanır, kimə etibar edir”, deyə o bildirib.

AzadlıqRadiosu Ermənistan xidmətinin yazdığına görə Tsarukyan bu günlərdə, seçkiqabağı kampaniyalar zamanı deyib ki, onların bloku qalib gəlsə, dostları və tərəfdaşları Ermənistana 15 milyard dollar investisiya qoyacaq.

Gagik Tsarukian, Arinj , 02 Aprel,2017
Gagik Tsarukian, Arinj , 02 Aprel,2017

Blokun 50+1%-i keçə bilməyəcəyi, amma parlamentə düşəcəyi halda bu sərmayyənin qoyulub-qoyulmayacağı ilə bağlı suala gəldikdə Tsarukyan deyib:” Əgər əlimdə hüququm olmasa, təminat olmayacaq, necə fikirləşirsiz, əlbəttə ki, onlar sərmayyə qoymayacaqlar” Tsarukyan vurğulayıb.

“Bizim xalq bu gün gələcəyini necə quracağını həll edir”,deyə biznesmen bildirib.

--

Öz borcumun həyata keçməsinə səs verdim.

Birinci Ermənistan prezidenti Levon Ter Petrosyan Yerevandakı 9/18 saylı seçki dairəsində səs verib.

O, səsvermədən sonra jurnalistlərə bildirib ki, öz borcumun həyata keçməsinə səs verdim.

Levon Ter-Petrosian Yerevan,02 Aprel,2017
Levon Ter-Petrosian Yerevan,02 Aprel,2017

Petrosyan indiki prezident Serzh Sarkisianla eyni məntəqədə səs verib.

Məlumata görə, barmaq izini qeydiyata alarkən, o da Sarkisian kimi problemlə üzləşib, sistemdə nasazlıq yaranıb.

Barmaq izlərinin cətinliklə qeydə alınması ilə bağlı suala gəldikdə isə Petrosyan zarafatca deyib ki, , bu təsərrüfatla məşğul olması ilə bağlıdır.

O,jurnaistlərin digər suallarını cavablandırmayıb.

Qeyd edək ki, Levon Ter-Petrosyan seçkiyə Dağlıq Qarabağda sülh və mehriban qonşuluq şüarı ilə gedir.

O, seçkinin nəticələrindən aslı olmayaraq gələcəkdə də bu hərəkatı davam etdirəcəyini deyir.

--

Gəlin inanaq ki, ölkəmiz üçün hər şey yaxşı olacaq, o cümlədən də hərbçi yoldaşımız Samvel Babayan üçün.

Keçmiş müdafiə naziri –“Ohanyan-Raffi-Oskanyan” seçki blokunun lideri Seyran Ohanyan seçkidə “xalqın gələcək rifahının daha da yaxşılaşmasına” səs verdiyini deyir.

“Mən ədalətli Ermənistan, daha inkişaf etmiş iqtisadiyyat, xalqa daha yaxşı həyat qurmaq və Ermənistanın beynəlxalq nüfuzunu qaldıracaq möhkəm gələcək naminə səs verdim”.

Seyran Ohanian
Seyran Ohanian

Seçkilərdə saxtakarlıqlarla bağlı blokun məlumatına gəldikdə isə Ohanyan deyib ki, biz hər şey barədə məlumat vermişik və vəziyyəti nəzarətdə saxlayırıq. Gəlin bu günü sakit əhvalda keçirək və qəti şəkildə inanaq ki, ölkəmiz üçün hər şey yaxşı olacaq, o cümlədən də bizim hərbçi yoldaşımız Samvel Babayan üçün.

Qeyd edək ki, separatçı Dağlıq Qarabağ rejiminin keçmiş “müdafiə naziri” Samvel Babayan hazırda həbsdədir.

O, olkəyə qanunsuz raket kompleksi keçirməyə cəhddə şübhəli bilinir.

--

Yerevam sakinləri seçkidən sonra dəyişikliyə inanmırlar.

Yerevan sakinləri seçkidən sonra dəyişikliyə inanmırlar
Gözlə

No media source currently available

0:00 0:01:31 0:00

Sarkisian texniki problemlə üzləşib.

Ermənistan prezidenti Serj Sarkisyan parlament seçkilərində səsvermədə texniki problemlə üzləşib.

AzadlıqRadiosu Ermənistan xidmətinin məlumatına görə, o, barmaq izini qeydiyyatdan keçirərkən sistemdə nasazlıq yaranıb, amma problem həll olunub.

Səsvermə kabinəsındən çıxıb səs qutusuna yaxınlaşan prezident yenidən digər bir problemlə üzləşib. Bu dəfə o bülleteni zərfə qoymaqda çətinlik çəkib. Məntəqə əməkdaşları ona yardım etmək istəsə də Sarkisyan problemi özü həll edib və bülleteni qutuya atıb.

Serzh Sargsyan
Serzh Sargsyan

Səsvermədən sonra prezident bildirib ki, o, seçki bülletenini qutuya atarkən düşünüb:

“Sülhdən qiymətli heç nə yoxdur və biz sərhədlərimizdə sakitliyi və onun toxunulmazlığını qorumaq üçün nə lazımdı edəcəyik”.

Hakim Respublika partiyasının seçkidə şansı nə qədərdi sualına Serj Sarkisyan belə cavab verib:

“Bu gün şansları qiymətləndirmək vaxtı yox, səs almaq zamanıdır”.

Günün bütün mövzuları

XS
SM
MD
LG