Keçid linkləri

2024, 06 Noyabr, çərşənbə, Bakı vaxtı 20:55

Papian: Ermənistan ABŞ və Fransa ilə hərbi əməkdaşlığı genişləndirməlidir


Ermənistan-Ara Papian, siyasi ekspert
Ermənistan-Ara Papian, siyasi ekspert

Ermənistandakı “Modus Vivendi” tədqiqat mərkəzinin rəhbəri Ara Papian hesab edir ki, Ermənistan 44 günlük sonuncu Qarabağ savaşı, bundan sonra Azərbaycan-Ermənistan sərhədində yaranmış mövcud vəziyyətə və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ölkələrinin, ilk növbədə də Rusiyanın hərəkətsizliyinə görə, Qərb ölkələri ilə hərbi əməkdaşlığı genişləndirməlidir.

“Bu, yeganə çıxış yoludur, ona görə də bunu gerçəkləşdirmək üçün bütün imkanlara əl atmalıyıq. Aydındır ki, Rusiyanın maraqları indi Türkiyə və Azərbaycanın maraqları ilə üst-üstə düşür. Onlar bunu bir neçə dəfə, müxtəlif səviyyələrdə də deyiblər. Nəticə olaraq, ortaq maraqlar, ortaq müttəfiq münasibətləri yoxdursa, münasibətlər formal xarakter daşıyır. Məsələn, biz Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv dövlətik. Hansı ki, birinci maddə, müttəfiq ölkəyə zərər verə biləcək hər hansı bir hərəkəti qadağan edilir. Amma Rusiya daima silah sataraq Azərbaycana kömək edirdi. Ona görə də hesab edirəm ki, biz NATO üzvü olmayan müttəfiq kimi mütləq ABŞ və Fransa ilə hərbi əməkdaşlığı inkişaf etdirməyə çalışmalıyıq və əgər Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvlük buna mane olsa, onda biz bu təşkilatdan çıxmalıyıq",-deyə Papian vurğulayıb.

Azadlıq Radiosunun Ermənistan xidməti yazır ki, Fransanın Ermənistandakı səfiri Jonatan Lakot ötən həftə radioya müsahibəsində Fransanın Ermənistanla müdafiə sahəsində əməkdaşlığa hazır olduğunu deyib.

Amma siyasi təhlilçi,”Qafqaz İnstitutunun rəhbəri Aleksander İskandarian hesab edir ki, Qərb ordusunun bu regionda iştirakı ağılabatan deyil.

Ermənistan-Aleksander Iskandarian, siyasi təhlilçi
Ermənistan-Aleksander Iskandarian, siyasi təhlilçi

O, hesab edir ki, Qərb ölkələrinin Cənubi Qafqazın təhlükəsizliyi ilə bağlı öz üzərlərinə hansısa ciddi öhtəlik götürmələri real deyil.

“Üçüncü ölkələrin burda birbaşa iştirakının elə bir ciddi perespektivi yoxdur.Üçüncü ölkə deyəndə, mən regional gücləri, yəni Rusiya ilə Türkiyəni nəzərdə tutmuram”,deyə o bildirib.

İskandarian deyib ki, Qərb ölkələri üçün bir təhlükəsizlik sistemi mövcuddur-NATO. Natonu isə bölgədə Türkiyə təmsil edir.

XS
SM
MD
LG