Keçid linkləri

2024, 19 May, bazar, Bakı vaxtı 05:55

Erməni bloger Bakıda məhkəməyə çıxarıldı


Gevorq Sucyan
Gevorq Sucyan

Erməni bloger Gevorg Sucyan və David Davtyan Bakıda hakim önünə çıxarılıb

Erməni bloger Gevorg SucyanDavid Davtyan Bakıda hakim önünə çıxarılıb.

İyulun 26-da Bakı Ağır Cinayətlər Məhkəməsində ittiham aktı elan edilib. Məlum olub ki, onlara Azərbaycan Cinayət Məcəlləsinin 228 (qanunsuz silah saxlama), 276 (casusluq), 279 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmə və ya qrupların tərkibində iştirak) və 318-ci (Azərbaycanın dövlət sərhədini qanunsuz keçmə) maddələri əsasında ittihamlar verilib. Bu maddələrdə 15 ilədək həbs cəzası nəzərdə tutulub.

Cinayət işinin materiallarında yazılıb ki, Sucyan və Davtyan Ermənistan xüsusi xidmət orqanlarına ötürməkdən ötrü hərbi məlumatlar toplamaq məqsədilə Qarabağ bölgəsindəki Azərbaycan ərazilərinə qanunsuz gəliblər.

Davtyan və Sucyan məhkəməyə ifadələrində bu ittihamı qəbul etməyiblər.

“Azərbaycan bayrağı görünəndə dayandıq”

Sucyan deyib ki, Şuşada tutulmalarına dair cinayət işinin materiallarında yazılanlar da doğru deyil.

Humanitar yardımların toplanması və paylanmasıyla məşğul olduğunu deyən bloger Xankəndidə yaşayanlara humanitar yardım apararkən, Laçın dəhlizində saxlanıldığını iddia edib:

“Xankəndidən bizə çoxlu müraciətlər vardı. Onlara yardımlar aparmaq qərarına gəldik. Noyabrın 11-də Laçın dəhlizindəki rus sülhməramlıların yanından keçdik, maşınımızı yoxladılar. Biz onlardan keçib-keçmədiyimizi soruşduq, onlar bizə icazə verdilər. Dəhlizlə yolumuza davam etdik. Azərbaycan bayrağı görünəndə dayandıq. Bu zaman Azərbaycan hərbçiləri bizi saxladılar”.

Rusiya vətəndaşı olan və uzun illər Sankt-Peterburqda yaşadığını deyən Sucyan həm də “Yeni Ermənistan Vətəni” diaspor təşkilatının rəhbəridir.

Ermənistan ombudsmanından açıqlama

David Davtyan da casusluq və digər suçlamaları rədd edərək deyib ki, müharibə dövründə əhaliyə, erməni hərbçilərə yardım aparırmış.

Məhkəmə iyulun 28-də davam edəcək.

Bloger Gevork Sucyan ötən il Azərbaycanla Ermənistan arasında müharibə gedərkən - noyabrın ilk günlərində Kəlbəcərdən – İstisudan dostu ilə birlikdə video çəkərək, özünün Facebook səhifəsindən paylaşmışdı.

Həmin videoda o, azərbaycanlıların ünvanına kəskin ifadələr səsləndirmişdi.

Lakin Ermənistanın Ombudsman Aparatından onun saxlanması belə şərh olunub:

“Sucyan müharibə vaxtı Qarabağdakı yerli əhaliyə humanitar yardım edirdi. Müharibədən sonra vəziyyətlə yerində tanış olmaq üçün ora gedib və Laçın-Şuşa yolunda əsir götürülüb”.

Xatırlatma

Ötən il 44 günlük müharibə nəticəsində Azərbaycan Qarabağın bir hissəsini və çevrədəki 7 rayonu işğaldan azad edib.

Azərbaycan 10 noyabr atəşkəs razılaşmasından sonra öz ərazisində saxlanan erməni hərbçiləri əsir deyil, terrorçu-diversant sayır. Amma onların bir qismi sonradan mina xəritələri qarşılığında azad olunub.

Ermənistan tərəfi Azərbaycanda mühakimə edilən vətəndaşlarının hərbi əsir olduğunu bildirir.

Ombudsman Arman Tatoyan deyib ki, hərbi əsirlərin hər hansı formada mühakimə olunması beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG