Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 06:56

Almaniya liderləri Erdoganın seçkiyə müdaxilə cəhdini kəskin tənqid elədilər


Angela Merkel, Martin Schulz və Sigmar Gabriel.
Angela Merkel, Martin Schulz və Sigmar Gabriel.

Almaniyanın Kansleri Angela Merkel Türkiyə prezidenti Racep Tayyip Erdoganın Almaniyada seçki kampaniyasına təsir cəhdini kəskin tənqid edib.

“Biz heç kimin ,o çümlədən də president Erdoganınbizim vətəndaşlarımızın, həmçinin türk əsilli Almaniya vətəndaşlarının azad seçiminə qarışmasına imkan verməyəcəyik”,Merkel deyib.

Bu barədə Azadlıq Radiosunun Rusiya xidməti avqustun 20-də “Alman dalğası” radiosuna istinadla xəbər verir.

Almaniya Sosial-Demokrat partiyasının namizədi Martin Schulz da Erdogan-ın seçkilərə qarışmaq cəhdini kəskin tənqid edib.

“Almaniya Bundestaqına seçkilərlə bağlı göstəriş vermək Türkiyə prezidentinin tapşırığına daxil deyil”, Schultz deyib.

Martin Schulz
Martin Schulz

Türkiyə prezidenti Racep Tayyip Erdogan bundan əvvəl türk əsilli Almaniya seçicilərinisentyabrın 24-də Bundestaqa keçiriləcək seçkilərdə “Xristian Demokrat İttifaqı”, “Sosial-demokrat partiyası” və “İttifaq-90/Yaşıllar” partiyasının namizədlərinə səs verməməyə çağırıb.

Erdogan avqustun 18-də İstanbulda cümə namazından sonra bu partiyaların hamısını Türkiyənin düşməni adlandırıb.

Buna da bax: "Türkiyə ilə Almaniya söz savaşına başlayıb"

Almaniyanın xarici işlər naziri Sigmar Gabriel də bundan əvvəl Erdoğanın bu çağırışını Almaniyanın suverenliyinə misilsiz müdaxilə adlandırıb.

Erdogansa ertəsi gün, avqustun -19-da Dənizli vilayətində çıxış edərkən naziri buna görə tənqid edib.

Recep Tayyip Erdogan
Recep Tayyip Erdogan

“O, öz yerini bilmir. Sən Türkiyə prezidenti ilə necə danışırsan? Öz yerini bil” Erdogan deyib.

Almaniyada yaşayan türklərin təxminən 1 milyon nəfərinin səsvermə hüququ var ki, onların əksəriyyəti aprel referendumunda Erdogan-ın tərəfini saxlayır.

Türkiyədə 2016-cil 15 iyul uğursuz qiyam cəhdindən sonra iki ölkə arasındakı münasibətlər korlanıb.

Almaniya hökuməti bu qiyam cəhdindən sonra Türkiyədəki kütləvi həbslər və təqibləri pisləyib, bunun insan haqları və fundamental azadlıqlara zidd olduğunu bəyan edib.

Öz növbəsində Erdogan Berlini, bu qiyam cəhdinin əsas təşkilatçısı saydığı ilahiyyatçı Fətullah Gülen tərəfdarlarını dəstəkləməkdə günahlandırır.

Buna da bax: "Türkiyə Almaniyaya etiraz notası verdi"

Fətullah Gelen hazırda ABŞ-da yaşayır. O Türkiyə hakimiyyətinin bütün ittihamlarını rədd edir.

Qiyam cəhdindən sonra Türkiyədə 160-dan çox mətbuat orqanı bağlanıb,150 mindən artıq adam, iştən kənarlaşdırılıb, təxminən 50 min nəfərsə həbs edilib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG