Keçid linkləri

2024, 19 May, bazar, Bakı vaxtı 05:01

Bu il maaş artımını gözləməyə dəyərmi? [video]


Maaşların artmasını nə vaxta gözləmək olar?
Gözlə

No media source currently available

0:00 0:15:11 0:00

Maaşların artmasını nə vaxta gözləmək olar?

Dövlət büdcəsini analiz edən mütəxəssislər deyirlər ki, büdcə təşkilatları ilin qalan aylarında da artımdan gözlərini çəksinlər, büdcədə pul yoxdur.

Axırıncı artım bu ilin yanvarda baş verib - minimum əməkhaqqı 116 manata qaldırılıb, pensiyanın sığorta hissəsi isə 10 faiz artırılıb.

İqtisadçı, müxalif ReAl Hərəkatının icra katibi Natiq Cəfərli isə deyir ki, əslində, bu il əhalinin real pul gəlirlər azalıb.

Buna da bax:​ Maaş və pensiyaların artmasını nə vaxta gözləmək olar?

Natiq Cəfərli
Natiq Cəfərli

Rəsmi statistika da sübut edir ki, əhalinin real gəlirləri artmayıb, azalıb. Nominal gəlirlərin artmasını hökumət elan elədi, bu gəlirlər təqribən 6,8 faiz artıb.

Amma inflyasiyanı nəzərə almaq lazımdır, rəsmi inflyasiya 14 faiz civarındadır, ərzaq inflyasiyası 18 faizdir. Başqa sözlə, artımı inflyasiya yeyib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2017-ci ilin yanvar-may aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2016-cı ilin eyni dövrünə nisbətən 14 faizə qədər bahalaşıb. Müstəqil iqtisadçılar bu artımın daha çox olduğunu deyirlər.

Buna da bax:​ Benzindən sonra qiymətlərdə artım var... [video]

Üstəlik, bu ilin iyulunda Aİ-92 markalı benzinin qiyməti 70 qəpikdən 90 qəpiyə qaldırılıb.

İqtisadçı Qubad İbadoğlu düşünür ki, bu, yeni bahalaşma dalğası yaradacaq, onun proqnozuna görə oktyabr ayında qiymətlər daha da artacaq.

Qubad Ibadoğlu
Qubad Ibadoğlu

Hakim Yeni Azərbaycan Partiyasından deputat, Musa Quliyevsə bu ilin martında hakim partiyanın mətbu orqanı "Yeni Azərbaycan" qəzetinə deyib ki, 2017-ci ilin dövlət büdcəsinin 40 faizdən çoxu sosial layihələrin icrasına yönəlib və bu, bir daha Azərbaycanın dövlət büdcəsinin sosialyönümlü olduğunu göstərir.

Buna da bax:​ Deputat: 'Yay aylarıdır, amma meyvənin qiyməti düşmür'

Onun sözlərinə görə, bu il də sosial məsələlərin həlli ilə bağlı bütün proqramlar icra ediləcək, təkcə bu il 40 mindən çox yeni iş yerinin açılacaq.

Maaşlar artmasa da, büdcədən tikinti layihələrinə ayırmalar davam edir.

Prezident İlham Əliyevin sərəncamı ilə son iki ayda Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolunun tikintisinə 5,3 milyon, Astarada yol çəkilişinə 8,5 milyon, Sabirabadda yol tikintisinə 14,4 milyon manat ayırıb.

İqtisadçı Natiq Cəfərli deyir ki, indiyə qədər böyük infrastruktur layihələri şəffaflığına nəzarət etmək ən çətin sayılan sahə hesab olunurdu, ən çox pulyuma, korrupsiya tikinti layihələrində baş verirdi. Onun fikrincə, bu il vəziyyət fərqlidir:

Buna da bax:​ Vasif Talıbovun oğlunun şirkəti büdcə sifarişlərini müsabiqəsiz qazanır

Əvvəlki iri layihələrə nisbətən bu layihələrdə yeyinti olmaq ehtimalı çox aşağıdır, çünki fiziki olaraq pulun həcmi azalıb. Bu layihələrdə çox aşağı maaşlar təklif olunur, məqsəd işsizliyi azaltmaqdır.

Bununla belə Natiq Cəfərli deyir ki, dövlət tikinti layihələri hesabına yeni iş yerləri yaratmaq iqtisadiyyata dayanıqlı töhfə verə bilməz.

Biz Bakı sakinlərindən soruşmuşuq ki, sizcə, büdcənin pulları ən çox hansı sahələrə xərclənməlidir?

Büdcədən ən çox vəsait nəyə xərclənsin?
Gözlə

No media source currently available

0:00 0:00:54 0:00

Bu il daha çox diaqnostika qiymətləndirmədən keçən orta məktəb müəllimlərinin əməkhaqları artıb. Hərçənd, Azad Müəllimlər Birliyinin sədri Məlahət Mürşüdlü AzadlıqRadiosu-na müsahibəsində deyib ki, artım ortalama 50 manat civarındadır, bu da müəllimin süfrəsinə çatmır.

Buna da bax:​ Müsabiqə ilə seçilən müəllimlərin əməkhaqları artırılır

Prezident İlham Əliyev isə ilin əvvəlində Nazirlər Kabinetinin iclasında deyib ki, 2016-cı ildə maaşlar 7 faiz, pensiyalar 8 faiz artıb, 2017-ci ildə də bu istiqamətdə müsbət dinamika olacaq.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG