Keçid linkləri

Təcili xəbərlər
2018, 25 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 12:45

Müsabiqə ilə seçilən müəllimlərin əməkhaqları artırılır


Turkey -- President of Azerbaijan Ilham Aliyev and Prime Minister of Turkey Recep Tayyip Erdogan sign a protocol of the first meeting of Azerbaijan-Turkey High-Level Strategic Cooperation Council, Izmir, 25Oct2011

Təhsil nazirliyinin mərkəzləşdirilmiş müsabiqə yolu ilə işə qəbul etdiyi müəllimlərin əməkhaqları əvvəl işə götürülən həmkarlarından yüksək olacaq. Həmkarları diaqnostik qiymətləndirmədən keçməyibsə.

Avqustun 23-də prezident İlham Əliyev yeni bir sərəncam imzalayıb

Buna da bax:​ 30 ilin müəllimi ən yüksək maaş – 450 manat alanda... [video]

Sənəd “Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında” sərəncama dəyişiklik edilməsini nəzərdə tutur.

Sərəncama əsasən, Təhsil nazirliyinin yanvarın 1-dən keçirdiyi mərkəzləşdirilmiş müsabiqə yolu ilə dövlət ümumi təhsil müəssisələrinə işə qəbul olunan müəllimlər diaqnostik qiymətləndirmədən keçmiş müəllimlərə bərabər tutulacaqlar.

Sərəncam gələn il yanvarın 1-dən qüvvəyə minəcək. Diaqnostik qiymətləndirmədən keçən müəllimlərin əməkhaqqı təqribən 40 faiz artır.

Buna da bax:​ Müəllimlərin sehrli maaş artımı…

Bu il təqribən 6 min müəllim ilkin müsabiqədən keçib. Onların bəziləri, hələ müsahibə mərhələsində ələnə bilər. 40 mindən çox şəxs isə müəllim adını qazanmaqdan ötrü müsabiqəyə qatılmışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG