Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 14:11

Maaş və pensiyaların artmasını nə vaxta gözləmək olar?


İllüstrasiya
İllüstrasiya

22 iyulun mətbuat icmalı

"Manatın məzənnəsi dövlət vəsaiti hesabına hələ ki, süni şəkildə saxlanılır, amma bunun sonu olacaq"

"İlham Əliyev də bu siyasəti davam etdirib. Bir sıra qəzetlərin nəşriyyata olan borcları silinib"

“Maaş və pensiyalarda artım gözlənilmir”

“Exo” qəzetində “Azərbaycanda benzinin qiymətinin bahalanmasından sonra maaşların və pensiyaların artımını gözləmirlər” sərlövhəli məqalə oxumaq olar.

Müəllif bu il iyulun 15-də Aİ-92 markalı benzinin qiymətinin 70 qəpikdən 90 qəpiyə qaldırılmasını gözlənilməz hadisə sayır.

Yazıda xatırladılır ki, 4 il öncə, yəni 2013-cü ildə bu markalı benzin 55 qəpikdən 70 qəpiyə qaldırılıb :

“Benzinin bahalanması haqda xəbər çoxları üçün aydın səmada şimşək çaxmasına bənzədi. Bəli, ölkədə böhrandır, bir çox vətəndaşlar iki devalvasiya və bütün malların qiymətlərinin kəskin bahalanmasından sonra çətinlik çəkirlər. Bununla belə,neftin ucuzlaşması fonunda benzinin bahalanmasını heç kəs gözləmirdi”.

Müəllif bildirir ki, bir çox ölkələrdə enerji daşıyıcılarının qiyməti maaş və pensiyaların indeksləşdirilməsi ilə paralel artırılır. Mövzunu qəzetə ekspert Nəriman Ağayev belə dəyərləndirib:

“Azərbaycanda enerji daşıyıcılarının qiymət artımından sonra pensiya və ya maaşların indeksləşdirilməsi təcrübəsi yoxdur. Odur ki, hökumətdən bunu gözləməyinə dəyməz. Pensiya və maaşların artmasını 2018-ci ildən tez gözləmək olmaz. Ola bilər ki, o zaman hökumət belə qərar verə bilər, amm indi yox”.

Ekspert hesab edir ki, benzinin bahalanması ilə bütün malların qiymətinin artacağı barədə xalqın narahatlığı əsassızdır. Onun fikrincə, hökumət dövriyyədən iri pul kütlələrini yığışdırmaqla bu bahalanmaının qarşısını ala biləcək.

Amma başqa bir ekspert Seyfəl Əliyev hesab edir ki, ölkədə qiymət artımı benzinin bahalanmasından asılı olmayaraq qaçılmazdır:

“Manatın məzənnəsi dövlət vəsaiti hesabına hələ ki, süni şəkildə saxlanılır, amma bunun sonu olacaq. Biz bunu bu ilin sonunda hiss edəcəyik, dollar bahalanan kimi isə ərzaq malları, xidmətlər artacaq. Bu fonda benzinin bahalanması o qədər də əhəmiyyətli deyil. Amma bu ölkədə qiymət artımı amilləridnən biri olacaq”.

S.Əliyev hesab edir ki, neftin ucuzlşaması ilə hökumət xəzinəni doldurmın yollarını axtarır.

Bankların “xilas ” yolları...

“Novoye Vremya” qəzetində “Bankları necə xilas edirlər?” sərlövhəli məqalədə ölkənin bank sisteminin durumu ekspert Əkrəm Həsənovla təhlil edilir.

Müəllif yazır ki, “Fitch” beynəlxalq reytinq agentliyi bu il Azərbaycanın daha bir neçə bankının müflis olacağını proqnozlaşdırmışdı. Amma ölkənin kredit-maliyyə sistemi hələ ki, sabitdir.

Ekspert Əkrəm Həsənov bu vəziyyəti qəzetə belə izah edib:

“Bu proseslər sahibkarların əmanəti hesabına bankın borcunun bir qisminin silinməsi hesabına baş verir. Bununla da yerli iqtisadiyyata düzəlməyəcək zərbə vurulur, ölkənin maliyyə-kredit sahəsinə etimadsızlıq daha da gücləndirilir. Bununla da hökumət bankların kütləvi müflisləşməsinin qarşısnı alıb...”

Ekspert vurğulayır ki, ödəniş qabiliyyəti olmayan, müflisləşməsi gözlənilən bankların problemi çox sadə həll edilir.

Gündüz Ağayev. Karikatura
Gündüz Ağayev. Karikatura

Maliyyə qurumu əmanətlərin hesabına dorclarının 50 faizinin silinməsindən ötrü Maliyyə Bazarlarına Nəzarət Palatasına və məhkəməyə müraciət edir. Bankın xeyrinə məhkəmə qərarından sonra razılıqla bağlı ümumi yığıncaq keçirilir və kreditorların qərarı hamının yox, 3/2 səs çoxluğu ilə qəbul edilir:

“Deyək ki, bankın kreditorlar qarşısında borcu 200 milyon manatdır. Kompensasiya üçün isə 100 milyon manat çatmır. Mahiyyəti üzrə bank müflisdir, amma öhdəliklərinin bir hissəsinin bağışlanması üçün Palataya müraciət edir. Tutaq ki, bankın da “A” şirkətinə 60 milyon,“B” şirkətinə isə 30 milyon manat verəcəyi var. Borcun silinməsi ilə “A” şirkəti 30 milyon manat, “B” şirkəti isə 15 milyon manat itirir. Məhkəmə isə maliyyə nəzarəti orqanının təqdimatına görə, borcun bir hissəsinin silinməsini bəyənməli və qərar çıxarmalıdır. Bundan sonra məhkəmə qərarı kreditorların müzakirəsinə çıxarılır”.

Yazıda bildirilir ki, bu halda şirkətlər böyük ziyana düşür. Bank isə sahibkarların maliyyəsi hesabına özünü müflisləşmədən qurtarır.

“Medianın borclarını silən hakimiyyət”

“Azərbaycan ” qəzetində “Dövlətin dəstəyi mətbuatın inkişafına təkan verir” sərlövhəli məqalədə Milli Mətbuat Günü münasibəti ilə dövlət-media münasibətlərinin mövcud durumu dəyərləndirilir.

Müəllif hesab edir ki, ölkədə azad vətəndaş cəmiyyətinin formalaşması, insanların sərbəst yaşaması vəqanunların aliliyinin təmin edilməsindən ötrübütün zəruri addımlar atılıb:

“Demokratik cəmiyyətin əsas göstəricilərindən sayılan söz və mətbuat azadlığının təmin olunması, kütləvi informasiya vasitələrinin fəaliyyətiüçün münbit şəraitin yaradılması, bu sahədə olan bütün maneələrin aradan qaldırılması da daim diqqət mərkəzində olub”.

Yazıda qeyd edilir ki, hakimiyyət ölkədə mətbuatın inkişafından ötrüəlindən gələni edib. Müəllifin gəldiyi nəticəyə görə, bu gün ölkədə ən müasir tələblərə cavab verən KİV-lərin mövcudluğu, qazanılan uğurlar məhz bu reallığın nəticəsidir.

Yazıda vurğulayır ki, ölkədə mətbuat və söz azadlığı məhz 1993-cü ildə keçmiş prezident Heydər Əliyev hakimiyyətə gəldikdən sonra təmin edilib. 1998-ci ildə senzura ləğv edilib.

Müəllifin fikrincə, 2003-cü ildə hakimiyyətə gələn İlham Əliyev də bu siyasəti davam etdirib. Bir sıra qəzetlərin nəşriyyata olan borcları silinib. Daha sonra isə qəzetlərə dövlət dəstəyi göstərilib.

Buna da bax: Hökumətin jurnalistə ev verməsinə necə baxırsız? [Bakıda sorğu]

Hökumətin jurnalistə ev verməsinə necə baxırsız? [Bakıda sorğu]
Gözlə

No media source currently available

0:00 0:01:19 0:00

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG