Keçid linkləri

Təcili xəbərlər
2020, 24 Oktyabr, şənbə, Bakı vaxtı 08:09

Əliməmməd Nuriyev: 'Müraciətlərə baxış davam edir'


arxiv foto

“ Komissiya müracitlərə baxışı davam etdirir”

Bunu Azərbaycan Prezident yanında Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev deyib.

Son günlər Komissiyanın bir neçə iclasının keçirildiyi bildirilir. Əliməmməd Nuriyevin sözlərinə görə, iclaslar davam edəcək və ehtimal edilir ki, Komissiya işini Novruz bayramına ( martın 20-si və 21 i) qədər yekunlaşdıracaq.

Komissiya üzvü Novruz bayramı ərəfəsində əfv sərəncamının imzalanacağı ümidlərinin kifayət qədər yüksək olduğunu deyib.

Qanunvericiliyə əsasən Komissiya işini başa çatdırdıqdan sonra siyahını dövlət başçısına təqdim edir. Yekun qərarı isə prezident verir.

Xatırlatma

Azərbaycanda sonuncu əfv fərmanı 2018-ci il mayın 24-də verilib.Amma bir çox hüquq müdafiəçsi 634 məhbusa şamil edilən bu sərəncamdan heç də tam razı qalmayıblar. Onlar vurğulayırdılar ki, ölkədə 150-yə yaxın siyasi məhbus var və həmin şəxslərin əksəriyyəti bu sərəncamdan kənarda qalıblar.

Azərbaycan rəsmiləri isə ölkdə siyasi məhbusların olması fikrini qəbul etmirlər.Onlar deyirlər ki, siyasi məhbus adlandırılan şəxslər törətdikləri əmələ görə, məsuliyyətə cəlb ediliblər.

Multimedia

XS
SM
MD
LG