Keçid linkləri

Təcili xəbərlər
2018, 24 May, Cümə axşamı, Bakı vaxtı 10:25

Prezidentlər birgə bəyanat verib


Polşa prezidenti Andrzej Duda və Azərbaycan prezidenti İlham Əliyev. 27 iyun, 2017

Azərbaycan prezidenti İlham Əliyevin Polşaya səfəri çərçivəsində aparılan danışıqlardan və razılaşdırılan sənədlərin imzalama mərasimindən sonra iki ölkə başçısı mətbuata birgə bəyanat verib.

“Prezident İlham Əliyev elə bir insandır ki, Polşa Respublikası ilə iqtisadi əməkdaşlığın genişləndirilməsinə xüsusi diqqət yetirir”.

Polşa prezidenti Andrzej Duda bəyanatına bu sözlərlə başlayıb.

Müzakirələrin məzmunu haqda bilgi verən Andrjey Duda iqtisadi əlaqələrlə yanaşı beynəlxalq proseslərə diqqət yetirdiklərini vurğulayıb.

“Ukrayna haqqında danışdıq, Donald Trumpın Avropaya və xüsusən də Polşaya səfəri nəzərdən keçirildi”, – Andrjey Duda deyib.

Buna da bax:​ Polşa ilə əlaqələr genişləndirilir

Prezident imzalanan sənədlərə toxunaraq vurğulayıb ki, onlar iki ölkə arasında siyasi əməkdaşlığı, strateji tərəfdaşlığı inkişaf etdirəcək. O, əlavə edib ki, iki ölkə arasında iqtisadi potensialın həcmi 100 milyon dollar civarındadır.

“İqtisadi imkanlara gəldikdə, onların geniş olmasına baxmayaraq, əməkdaşlığımız hələ ki, istənilən səviyyədə deyil. Bu gün sənədlər imzalandı. Onu gözləyirəm ki, bu gün biz sizinlə birgə biznes forumu açıq elan edəcəyik və ölkələrimizin işgüzar dairələri həmin tədbir çərçivəsində görüşəcəklər. Bu, əslində ölkə prezidentlərinin məhz iqtisadi əməkdaşlığa, məhz şirkətlər arasındakı əməkdaşlığa böyük dəstəyinin göstəricisidir”, - prezident bildirib.

Prezident İlham Əliyev isə çıxışına Polşanın mərhum prezidenti Lex Kachinski-ni xatırlamaqla başlayıb. O, mərhum prezident Kachinskini Azərbaycanın dostu adlandıraraq, onun faciəvi ölümünün dostlarını sarsıtdığını vurğulayıb.

Buna da bax: İlham Əliyev Varşavada həmsədrlərlə görüşüb

“Polşa-Azərbaycan əlaqələrinin növbəti dövrü başlayır. O, əslində Prezident Kaçinskinin dövrünün məntiqi davamıdır”, - deyən İlham Əliyev bir çox önəmli sənədlər imzaladıqlarını vurğulayıb.

“Bu sənədlər əməkdaşlığımızın perspektivlərini müəyyən edir. Mən onların arasında əlbəttə ki, prezidentlər tərəfindən imzalanmış strateji tərəfdaşlığa və iqtisadi əməkdaşlığa dair Birgə Bəyannaməni qeyd etmək istərdim. Bu, çox ciddi siyasi sənəddir. Bu bəyannamə əlaqələrimizin demək olar ki, bütün istiqamətlərini, həmçinin siyasi, iqtisadi, enerji, nəqliyyat məsələlərini ehtiva edir. Bu bəyannamədə Dağlıq Qarabağ münaqişəsi haqqında da yazılır. Orada göstərilir ki, bu münaqişə ölkələrin suverenliyi, ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı və BMT Təhləsizlik Şurasının qətnamələri əsasında öz həllini tapmalıdır”.

İ.Əliyev “Cənub Qaz Dəhlizi” layihəsi haqda danışıb. O. vurğulayıb ki, Azərbaycanın enerji resursları Avropanın enerji təhlükəsizliyinə də öz dəyərli töhfəsini verəcək.

Buna da bax:​ 'Cənub Qaz Dəhlizi'nin maliyyələşdirilməsi araşdırılır

Xatırlatma

“Cənub Qaz Dəhlizi” layihəsi Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutur.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib.

BMT Təhlükəsizlik Şurası 1992 və 1993-cü illərdə bu münaqişə ilə bağlı 4 qətnamə qəbul edib. Həmin qətnamələrdə işğal edilən rayonların boşaldılması istənilir. Bu qətnamələr, hələ də yerinə yetirilməyib.

Azərbaycan prezidenti İ.Əliyev iyunun 26-sı Polşaya səfər edib.

Buna da bax:​ İlham Əliyev ABŞ-Azərbaycan münasibətlərindən razıdır

Prezident bu gün, iyunun 27-də bu ölkənin dövlət başçısı Andrzej Duda ilə təkbətək görüşüb. Sonra dövlət başçıların geniş tərkibli görüşləri olub.

İki ölkə başçısı “Azərbaycanla Polşa arasında Strateji Tərəfdaşlıq və İqtisadi Əməkdaşlığa dair Yol Xəritəsi haqqında Birgə Bəyannamə” qəbul ediblər. Bundan başqa iki ölkə arasında nəqliyyat, dəmir yol sahələrində və Bakı Ali Neft Məktəbi ilə AGH Elm və Texnologiya Universiteti arasında Anlaşma Memorandumu imzalanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG