Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 08:59

Polşa ilə əlaqələr genişləndirilir


İlham Əliyev və Andrzej Duda

Polşada səfərdə olan Azərbaycan prezidenti İlham Əliyevin həmkarı Andrzej Duda ilə görüşündən sonra razılaşdırılmış sənədlərin imzalama mərasimi keçirilib.

İki ölkə başçısı «Azərbaycanla Polşa arasında Strateji Tərəfdaşlıq və İqtisadi Əməkdaşlığa dair Yol Xəritəsi haqqında Birgə Bəyannamə»ni imzalayıblar.

Bundan başqa, «Azərbaycanın Energetika Nazirliyi ilə Polşanın Energetika Nazirliyi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu» da imzalanıb. Habelə, «Nəqliyyat və nəqliyyat infrastrukturu sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu» və «Dövlət Neft Şirkətinin Bakı Ali Neft Məktəbi ilə AGH Elm və Texnologiya Universiteti arasında Anlaşma Memorandumu» da qəbul edilib.

«Azərbaycan Dəmir Yolları» ilə «Polşa Dövlət Dəmir Yolları» arasında da strateji əməkdaşlıq haqqında memorandum imzalanıb.

Azərbaycan və Polşa prezidentləri görüşüb

Polşada səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev bu gün, iyunun 27-də bu ölkənin dövlət başçısı Andrzej Duda ilə təkbətək görüşüb.

Bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb. Ancaq hələlik görüşün detalları açıqlanmır.

Azərbaycan prezidenti İ.Əliyev iyunun 26-sı Polşaya səfər edib.

İyunun 27-də həmçinin, Varşava şəhərində Polşa-Azərbaycan biznes forumu keçirilməlidir.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) məlumatına görə, tədbir çərçivəsində Polşa iş adamları ilə işgüzar əlaqələrin genişləndirilməsindən ötrü ikitərəfli görüşlərin təşkili nəzərdə tutulur.

Bu səfərə hazırlıqla bağlı bu ayın 5-i və 6-sı Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfovun rəhbərlik etdiyi nümayəndə heyəti Polşada olmuşdu. Həmin nümayəndə heyətinə Azərbaycanın iqtisadiyyat, nəqliyyat, energetika, müdafiə, müdafiə sənayesi, kənd təsərrüfatı və dəmiryol sahələri üzrə səlahiyyətli dövlət qurumlarının təmsilçiləri daxil edilmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG