Keçid linkləri

Təcili xəbərlər
2019, 20 Oktyabr, bazar, Bakı vaxtı 22:38

Sərhəd Xidməti ekskovatorun atəşə tutulduğunu bildirir


Azərbaycan-Ermənistan sərhəddində işləyən texnika, 20 sentyabr 2019

Azərbaycan Dövlət Sərhəd Xidməti ( DSX) sentyabrın 21-də bu ölkənin Ermənstanla sərhəddində gərginlik yaranması ilə bağlı açıqlama yayıb. Açıqlamada qeyd edilir ki, “Qazax” əlahiddə sərhəd diviziyasının mövqeləri növbəti təxribatla üzləşib.

Qurumdan bildirildiyinə görə, sentyabrın 20-si saat 13:20 radələrində sərhəd döyüş mövqe­ləri və təminat yollarının salınması ilə məşğul olan eksko­vato­r qarşı tərəfdən atə­şə tutul­ub.

Sərhəddə vurulan ekskovator
Sərhəddə vurulan ekskovator

Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan və Ermənistan silahlı qüvvələri üzbə-üz dayanıb. Bu münaqişə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildən başlayıb. 1994-cü ildə tərəflər arasında əldə edilən atəşkəs razılığına kimi Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edib.Atəşkəs sazişinin olmasına baxmayaraq tez-tez qoşunların təmas xəttindən gərginliyə aid xəbərlər gəlir.Tərəflər bir qayda olaraq atəşkəs pozuntularına görə, bir-birlərini günahlandırırlar.

Münaqişənin tənzimlənməsi ATƏT-in Minsk qrupuna həvalə edilib. ABŞ, Fransa və Rusiya qrupda həmsədr dövlətlərdir.

Şərhlər

Günün bütün mövzuları

XS
SM
MD
LG